Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
5.3.2015

“Dədə Qorqud” jurnalının 51-ci sayı

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 51-ci sayında həmişəki kimi maraqlı araşdırmalar yer alıb.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyevin “Dədə Qorqud kitabı” – qədim Oğuz eposunun Azərbaycan variantı” məqaləsində göstərilir ki, Oğuz zamanının düşüncə və həyat tərzini əks etdirən “Dədə Qorqud” eposunun zəmanəmizədək gəlib çıxan Drezden nüsxəsi mükəmməlliyi ilə seçilir. Lakin müxtəlif yazılı mənbələrdə rast gəlinən mətn parçaları dastan qəhrəmanlarının fərqli şəkildə təsvir olunduğu hekayələrin də mövcud olduğunu göstərir. Bu faktların müqayisəli təhlili Drezden əlyazmasının məhz Azərbaycan xalqının formalaşdırdığı dastan variantı olduğu qənaətinə gəlməyə əsas verir.
Filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadənin “Oğuz mifi: yeni araşdırmalar, yeni müddəalar” yazısında Oğuz mifinin və Oğuz eposunun hansı şəkildə epikləşməsi izlənilir, epik təzahürlərin necə meydana gəlməsi aydınlaşdırılır. Eyni zamanda oğuz epik ənənəsinin bünövrəsini təşkil edən mifoloji struktur invariant və paradiqmalar səviyyəsində sistemli şəkildə diqqət mərkəzinə çəkilir.
Filologiya üzrə elmlər doktoru Almaz Həsənqızının “Siyasi lətifələrdə gizlənən tarixi həqiqətlər” məqaləsində Azərbaycan mühacirət folklorşünaslığının bu janrla bağlı tədqiqatları təhlilə cəlb olunub. Mühacirət elmi-nəzəri fikrinin tanınmış nümayəndələri Əhməd Cəfəroğlu, Ceyhun Hacıbəyli, Xavər Aslan, Behruz Həqqi və başqalarının bu sahədəki tədqiqatlarına xüsusi diqqət yetirilir.
İstanbul Aydın Universitetinin müəllimi Jalə Coşğunun “Türk və slavyan sehrli nağllarında başlanğıc – giriş formulları” yazısı türk və slavyan sehrli nağıllarında başlanğıc – giriş formullarına həsr olunub. Müqayisəli araşdırma nəticəsində aydın olur ki, türk nağıllarında daha çox zaman formullarından, slavyan nağıllarında isə məkan formullarından istifadə olunur.
Əminə Uğurlunun (Türkiyə) “Türk ninnilərindəki qohumluq əlaqələri ilə bağlı sözlər” yazısında vurğulanır ki, təqdim edilən yazı ninnilərin – laylaların mənalarını, qohum-əqrəbalarla bağlı xüsusiyyətlərini, ərin və ya arvadın qohumlarının dilindən söylənən laylaların fərqli cəhətlərini nəzərə çatdırır.
Filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının “Əski düşüncə – simvol – həqiqət” yazısında göstərilir ki, əşya və ya varlıqlar dərk olunarkən psixoloji koda və ya simvola çevrilir. Belə çevrilmələr nəticəsində əmələ gələn hər bir inancın kökündə isə real həqiqət faktı dayanır.
Eləcə də jurnalın bu sayında dərc olunan Aytac Abbasovanın “Azərbaycan mərasim folklorunun regional xüsusiyyətləri” (Doğum mərasimi ilə bağlı Kəlbəcər nümunələri əsasında), Lalə Maxsudovanın “Şirvan folklor mühitində mərasim folklorunun janr spesifikası”, Səadət Mustafayevanın “Zəngilanın el şairi Şıx Məhəmməd Bağban”, Yaşar Karayunusoğlunun “Qurbannazar Əzizovun şeirlərində folklor ünsürləri” və başqa yazılar da diqqəti çəkir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.