Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
15.12.2014

AMEA Folklor İnstitutunun Elmi Şurasında 2014-cü ilin hesabatı dinlənilib

11 dekabr 2014-cü il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov (Kazımoğlu) açıb, gündəlikdə bir məsələnin – AMEA Folklor İnstitutunun 2014-cü il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatın olduğunu bildirib.
Hesabatla bağlı ətraflı bilgi verən institutun elmi katibi, fil.ü.f.d. E.Abbasov bildirib ki, AMEA Folklor İnstitutu 2014-cü ildə Azərbaycan folklorunun müasir elmi nailiyyətlər səviyyəsində toplanması, tərtib-nəşr edilməsi və öyrənilməsi sahəsində dəyərli işlər görüb.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2014-cü il tarixli sərəncamının icrası ilə bağlı AMEA-nın Folklor İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Memarlıq və İncəsənət İnstitutları ilə birgə martın 7-də Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar elmi konfrans keçirib.


Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı AMEA Folklor İnstitutunda cari ildə aşağıdakı işlər həyata keçirilib.
İnstitut Konsepsiyada mədəni irsin qorunması barədə müddəalara adekvat olaraq, Azərbaycan folklorunun müasir elmi prinsiplərə uyğun şəkildə toplanması, konservasiyası və nəşri istiqamətində irimiqyaslı işlər görüb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin şalınmış əhalinin folklor irsinin qeydə alınması və gələcək nəsillərə çatdırılması xüsusən diqqət mərkəzində olub, Qarabağ folkloruna aid 100 ç.v. həcmində material toplanıb.
İnstitut Azərbaycanda yaşayan milli azlıqların və etnik qrupların qeyri-maddi mədəni irsinin toplanması, Azərbaycançılıq məfkurəsi mövqeyindən tədqiq olunması sahəsində də işlər görüb, ilin əvvəlindən bəri 20 ç.v. həcmində ingiloy, ləzgi, avar və buduq folklor örnəkləri toplanaraq çapa təqdim edilib.
Azərbaycan milli mədəniyyətində mühüm yer tutan aşıq sənəti, xüsusən dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və bu ifaçılığı əvəzsiz bir sənət sahəsi olaraq gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu silsilə musiqi albomları hazırlamağa başlayıb.


“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində tədbirlər planının 6-cı bəndinə uyğun olaraq, 2014-cü ildə bölgələrdən folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və nəşri ilə bağlı işlər sürətləndirilib, Qarabağın şifahi xalq yaradıcılığı örnəklərini əhatə edən “Qarabağ: folklor da bir tarixdir” toplusunun daha üç cildi, bundan başqa Yardımlı, Saatlı, Bakı folklor örnəklərindən ibarət kitablar nəşr olunub.
Hesabat ilində İnstitutda «Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri» istiqamətində 4 problem, 7 mövzu, 50 iş əsasında tədqiqat aparılıb və onlardan plana uyğun olaraq 30-u tamam-lanıb.
Bundan başqa cari ildə əlavə olaraq aşağıdakı işlər də görülüb:
Azərbaycan folklorunun bölgələrdən toplanıb nəşr edilməsi istiqamətində daha iki kitab (Şəki folklor örnəkləri, 2-ci kitab, «Elm və təhsil» nəşriyyatı, 2014; Dərbənd folklor örnəkləri. Bakı: Elm və Təhsil, 2014) hazırlanıb.
Ustad aşıqların ifasından yazıya alınmış üç dastan əsasında “Azərbaycan məhəbbət dastanları (“Əsli – Kərəm”, “Qurbani”, “Novruz – Qəndab”)” albom-diskləri (üç dildə məlumat kitabçası ilə) hazırlanıb.
İnstitutda “Türk xalqları folkloru” seriyasından növbəti kitab – “Özbək xalq şeirindən seçmələr” oxucuların ixtiyarına verilib (Özbək xalq şeirindən seçmələr. Tərc. edəni Akif Azalp. Bakı: Elm və Təhsil, 2014).


Folklor İnstitutunun planlaşdırdığı tərcümə işi yalnız folklor örnəklərini yox, həm də mifologiya və folklorşünaslığa aid tədqiqat əsərlərini əhatə edir. Odur ki, İnstitutda “Dünya folklorşünaslığı” seriyasının nəşrinə başlanılıb. İlk kitab artıq tərcümə edilərək nəşr olunub (C.F.Birlayn. Paralel Mifologiya. Tərc. edəni K.Allahyarov. Bakı: Elm və Təhsil, 2014, 324 s.).
Elmi-tədqiqatların mühüm nəticələri:
Qarabağ: folklor da bir tarixdir. Qarabağın folklor örnəkləri, 9 cilddə, VII, VIII, IX cildlər (Bakı, “Zərdabi LTD”, 2014, VII cild, 444 səh; VIII cild, 440 səh; IX cild, 402 səh.). İcraçı: Kollektiv.
İşin rəhbəri: AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov.
“Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərləndirilməsi” layihəsi cərçivəsində çap olunmuş son üç kitabda cari ildə toplanmış və əksəriyyəti ilk dəfə çap olunan mifoloji mətnlər, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, atalar sözləri və məsəllər, bayatılar, laylalar, oxşamalar, uşaq folkloruna aid nümunələr, bölgədə yaşayan tayfaların məişətinə, tarixinə dair maraqlı etnoqrafik məlumatlar oxuculara təqdim edilmişdir. Bu layihə sayəsində bir çox folklor personajları və süjetləri haqqında təsəvvür dolğunlaşmış, həmçinin yeni süjet və variantlar hesabına Azərbaycan folkloru daha da zənginləşmişdir. Müəyyən edilmişdir ki, çap olunmuş nağıl süjetlərinin bir çoxunun başqa xalqlarda qarşılığı yoxdur və bu süjetlər Beynəlxalq Nağıl Göstəricisinə düşməmişlər. Ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bir çox məsələlərini öyrənmək üçün bir qaynağa çevrilmişdir.
Kərbəla folkloru. İcraçı: fil.ü.e.d. Füzuli Bayat.
Bakı, Elm və təhsil, 2014, 290 səh.
İşin rəhbəri: AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov.
Kitab nəzəri baxımdan indiyə qədər tədqiq edilməyən Kərbəla folklo-runun incələnməsinə həsr edilib, kitaba şəbih mətnləri də əlavə edilib. Alimə görə, İslam tarixində baş verən mühüm hadisə ilə əlaqəli yaranmasına baxmayaraq, Kərbəla mövzulu folklor Azərbaycan dini folklorunun böyük bir hissəsini təşkil edir və Şəbih meydan tamaşaları xalq teatrının inkişafında xüsusi rol oynayıb.
Ənənəvi nağıl formulları. İcraçı: fil.ü.f.d. Vəfa İsgəndərova. Bakı, Elm və təhsil, 2014, 202 səh.
İşin rəhbəri: AMEA Folklor İnstitutunun “Türk xalqları folkloru” şobəsinin müdiri, fil.ü.f.d. Əfzələddin Əsgərov.


İş nağılların ifası zamanı söyləyicilərin istifadə etdiyi ənənəvi formulların tədqiqinə həsr olunub. Müəllif Azərbaycan və Türkiyə nağılları üzərində tədqiqat apararaq, 500-dən yuxarı formul nümunəsi aşkar edib, onların “Başlanğıc formullar”, “Təhkiyə formulları”, “Sonluq formullar” və onlara daxil olan çoxlu alt qruplar şəklində ilk klassifikasiyasını aparıb.
Elmi-tədqiqat proqramları:
Folklor İnstitutu 2014-cü ildə AMEA xətti ilə “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləş-dirilməsi və dəyərləndirilməsi” proqramı cərçivəsində işlərini davam etdirib, üç toplu (Qarabağ: folklor da bir tarixdir, VII kitab, Bakı, “Zərdabi LTD”, 2014, 444 səh.; Qarabağ: folklor da bir tarixdir, VIII kitab, Bakı, “Zərdabi LTD”, 2014, 440 səh.; Qarabağ: folklor da bir tarixdir, IX kitab, Bakı, “Zərdabi LTD”, 2014, 402 səh.) nəşr edib, “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları beynəlxalq elmi konfrans” (14 noyabr 2014, Tərtər) keçirib. Topluların hazırlanması məqsədilə il boyu Qarabağın aran rayonlarına və qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdığı bölgələrə mütəmadi olaraq ezamiyyələr təşkil edilib, toplanmış materiallar İnstitutda dəyərləndirilib, sistemləşdirilib və janr bölgüsü aparılıb. Konfrans materialları da çap olunub (“Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları, Bakı: “Zərdabi LTD”, 2014, 520 səh.).
İnstitut əməkdaşları 35-i xaricdə (16 simpozium, 12 konfrans, 2 konqres, 2 forum, 1 seminar, 2 şölən (bayram tədbiri) olmaqla ümumilikdə 60-a yaxın beynəlxalq tədbirdə iştirak etmişlər.


2013-cü ildən Folklor İnstitutunun 2 elmi jurnalının – «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» jurnallarının saytı (www.tedqiqler.net və www.dede-qorqud.net) yaradılıb. 2014-cü ildə İnstitutun nəşr etdiyi toplular və elmi araşdırmaların hamısının mətni saytda yerləşdirilib. İnstitutun saytı www.folklorinstitutu.com aktiv müraciət olunan elmi saytlar sırasındadır.
Bu ildən Folklor İnstitutunun kitabxanasının elektronlaşdırılması işlərinə də başlanılıb.
Ümumilikdə İnstitut əməkdaşlarının 200-dən artıq məqaləsi və tezisi çap olunub.
Folklor İnstitutu Azərbaycan Respublikası Rrezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalıbi kimi 2014-cü ildə “Qarabağda xalq oyunlari və meydan tamaşalari: genezisi, tipologiyasi və poetikasi” layihəsinin həyata keçirilməsi istiqamətində böyük işlər görüb.
Cari ildə Folklor İnstitutu 1-i beynəlxalq olmaqla 2 konfrans, 5 elmi sessiya, 1 bayram tədbiri həyata keçirib.
2014-cü ildə Folklor İnstitutu əməkdaşlarının 46 kitabı nəşr olunub.
Hesabatda iştirak edən akademik Vasim Məmmədəliyev Folklor İnstitutunun 2014-cü illə bağlı hesabatını yüksək dəyərləndirib, institutda yüksək işgüzar şərait, yaradıcı mühit olduğunu bildirib, institutun öhdəsinə düşən işi layiqincə yerinə yetirdiyini, fəaliyyətinin gərəkliyini, ciddi yaradıcılıq işlərinin getdiyini, instututun gələcəyinə böyük ümid bəslədiyini vurğulayıb. O, qazandığı uğurlar münasibətilə AMEA-nın müxbir üzvü M.İmanovu, eləcə də kollektivi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
M.İmanov dəyərli sözlərinə görə V.Məmmədəliyevə təşəkkürünü bildirib, tədbiri yekunlaşdırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.