Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” uluslararası folklor konfransı sona çatdı

AMEA Folklor İnstitutu və KKTC Doğu Akdeniz Universitetinin birlikdə təşkil etdiyi “Ortaq türk keçmişindən ortaq türk gələcəyin” uluslararası folklor konfransı 26 noyabr tarixində öz işini davam etdirdi.
Günün ilk yarısında akademik Tofiq Hacıyevin sədrlik etdiyi birinci salonda və prof. Dr. Necdet Vançının sədrlik etdiyi ikinci salonda müvafiq olaraq 12 məruzə dinlənildi. Hər iki salonda Türkiyə, Almaniya, Rusiya Federasiyası, KKTC və Azərbaycandan olan tədqiqatçı alimlərin məruzələri böyük maraqla qarşılandı.
Günorta fasiləsindən sonra konfrans öz işini davam etdirdi. Günün ikinci yarısında isə prof. Dr. Rafiq İmraninin və dos. Dr. Ağaverdi Xəlilin müvafiq olaraq rəhbərlik etdiyi birinci və ikinci salonda məruzələr dinlənildi.
Birinci salonda 18, ikinci saolnda isə 16 məruzə oxunuldu. Hər iki salonda həm Azərbaycandan, eləcə də digər ölkələrdən konfransa qatılmış alimlər çıxış etdilər. Məruzələr qarşılıqlı elmi müzakirə və polemikalarla müşayət olundu.
Günün sonunda isə konfransın bağlanış iclası oldu. Mərasimə Folklor İnstitutunun direktoru prof. Dr. Hüseyn İsmayılov sədrlik edirdi. Burada əvvəlcə konfransın gedişində sədril etmiş alimlər məruzələr, həmçinin konfransın işi barədə dəyərləndirmələr verdilər.
Akademik Tofiq Hacıyev sədrlik etdiyi salonda dinlənilən məruzələri dəyərləndirərkən bunların sanballı olmasını və elmilik baxımından yüksək səviyyəyə malik olduğunu xüsusi vurğuladı. Akademik bu konfransın təşkili və keçirilməsi işində başda prof. Hüseyn İsmayılov olmaqla rəhbərliyə təşəkkürünü bildirdi.
Prof. Dr. Füzuli Bayat sədrlik etdiyi salondakı çıxışları ümumiləşdirərək qeyd etdi ki, “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” uluslararası folklor konfransı müxtəlif ölkələrdə tədqiqat aparan alimlərin bir araya gəlməsi və elmi mübadilənin yaranmasında mühüm əhəmiyyətə malikdir.
Prof. Dr. İsmayıl Vəliyev isə bu konfransın əvvəlki illərdəkindən fərqli olaraq konkret mövzuya həsr olunmasının daha sanballı işlərin ortaya çıxmasına səbəb olduğunu qeyd etdi.
Prof. Dr. Necdet Vançı isə dinlənilmiş məruzələrin türk folkloru və dastan yaradıcılığının öyrənilməsi, tədqiqi işində yeni-yeni istiqamətlərin ortaya çıxması baxımından dəyərli olduğunu dedi.
Prof. Dr. Rafiq İmrani ümumiyyətlə konfransın tədqiqatçılar arasında əlaqə və münasibətin yaranmasında, elmi düşüncənin daha da inkişafında böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Son iclasın sədri dos. Dr. Ağaverdi Xəlil isə bu konfransda gənc tədqiqatçıların iştirakını, eləcə də türk xalqları arasında əlaqə və münasibətin daha da dərinləşməsinə böyük töhfə verdiyini qeyd etdi.
Bağlanış iclasında həmçinin KKTC Doğu Akdeniz Universitetinin təmsilçisi dos. Dr. Vüqar Sultanzadə də çıxış etdi. O çıxışında bu konfransın əsas yükünün Folklor İnstitutunun üzərinə düşdüyünü və bu işdə institutun direktoru prof. Hüseyn İsmayılovun əməyini xüsusi vurğuladı. Dos. Dr. Vüqar Sultanzadə təmsil etdiyi universitetin adından gələn ilki bu konfransın KKTC-də təşkil olunmasını təklif etdi.
Bağlanış mərasimi Folklor İnstitutunun direktoru prof. Dr. Hüseyn İsmayılovun bağlanış nitqi ilə yekunlaşdı. Çıxışda müxtəlif ölkələrdən dəvət olunmuş alim və tədqiqatçıların iştirakı yüksək qiymətləndirildi. Qeyd olundu ki, “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” uluslararası folklor konfransı öz ənənəsini davam etdirəcək, bundan sonra da daha böyük uğurlarla irəli addımlayacaq.
Sonda iştirakçılara qatılım bəlgəsi və ödüllər verildi.


AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.