Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

6.6.2014

AMEA  FOLKLOR  İNSTİTUTU  VƏ 
“AŞIQ ŞƏMŞ
İR”  MƏDƏNİYYƏT  OCAĞI İCTİMAİ BİRLİYİ

13-14 noyabr 2014-cü il tarixində Bakı şəhərində

ÜMUMTÜRK  KONTEKSTİNDƏ  QARABAĞ  XALQ  OYUNLARI  VƏ  MEYDAN TAMAŞALARI
mövzusunda beynəlxalq elmi konfrans keçirəcəkdir.

 

Zəngin tarixi və mədəniyyəti olan Qarabağ 20-ci yüzildə xarici ölkələrin təsiri ilə milli zəmində savaş və toqquşmalar meydanına çevrilmişdir. Nəticədə 700 mindən çox insan ata-baba yurdundan didərgin düşərək köçkünə çevrilmiş, bu isə yeni müstəqillik əldə etmiş Azərbaycanın da, işğalçı Ermənistanın da iqtisadiyyatına, mənəviyyatına ağır zərbə vurmuşdur.
Bölgədəki qeyri-sabit durum yüzillər boyu formalaşmış folklor mühitini də məhv olmaq təhlükəsi ilə üzləşdirmişdir. Zəngin folklorumuz ümumdünya mədəniyyətinin bir hissəsi olduğuna görə AMEA Folklor İnstitutu var gücü ilə çalışır ki, savaşdan, qaçqınlığın doğurduğu sarsıntılardan qurtulub həyatını davam etdirməkdə olan folklor daşıyıcıları ilə sıx əlaqə yaradıb onlardan folklor örnəkləri lentə alsın, kağıza köçürsün. Görülmüş tədbirlər öz bəhrəsini vermiş, 2012-2013-cü illərdə 6 cilidlik “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilmiş, 26 dekabr 2012-ci il tarixində Bakıda, 15 noyabr 2013-cü il tarixində Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilmişdir.

Mövzunun aktuallığını və ötən illərdə keçirdiyimiz konfranslara xarici ölkələrdən də alimlərin qatılmaq istədiyini nəzərə alaraq və diqqəti Qarabağ mədəniyyətinə yönəltmək üçün AMEA Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2014-cü il noyabr ayının 13-14-də “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi qərara almışdır.
Xalqın yaddaşında silinməz izlər buraxan xalq oyunları və meydan tamaşalarının, həm də kompyuter oyunları üçün yeni mövzular verəcəyini güman edirik. Buna görə də biz istər Azərbaycanın, istərsə də digər ölkələrin elm və sənət adamlarının, vizual sahədə çalışan proqramçıların diqqətini bu sahəyə yönəltməyə çalışırıq. Qarabağımız, folklorumuz, mədəniyyətimiz, tariximizlə maraqlanan, bu sahədə mühüm addımlar atılmasını arzulayan hər kəsi nəzərdə tutduğumuz beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.

 
MÖVZU BAŞLIQLARI:

•  Ümumtürk kontekstində xalq oyun və tamaşalarının müqayisəsi.

•  Qarabağda tarixən icra edilmiş xalq oyunları və meydan tamaşaları.

•  Xalq oyunlarının ritual-mifoloji kökləri.

•  Mövsüm və mərasimlə bağlı xalq tamaşaları.

•  Xalq oyunlarının musiqi ilə əlaqəsi.

•  Uşaq oyunları.

•  Xalq oyunlarının xalq mədəniyyətinin digər sahələri ilə əlaqəsi.

•  Xalq oyunlarından və meydan tamaşalarından teatr səhnələrində, televiziyada istifadə yolları.

•  Kompyuterdə xalq oyunlarından və meydan tamaşalarından oyun proqramları hazırlamaq imkanları.

 
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

  Sədarət:

Fil.ü.e.d. Muxtar İmanov  – AMEA Folklor İnstitutunun direktoru

Qənbər Şəmşiroğlu  – Şair-publisist, ictimai xadim, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri

 

Elmi heyət:

Fil.ü.e.d., prof. Kamran Əliyev  - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Fil.ü.e.d., prof. Füzuli Bayat  - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d., akademik Muradqeldi Soeqov – Türkmənistan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi.

Fil.ü.e.d., prof. Baxıtjan Azibaeva – Qazaxıstan, M.O.Auezova adına Ədəbiyyat və İncəsənət İnstitutu Folklorşünaslıq şöbəsinin müdiri.

Fil.ü.e.d., prof. Metin Ekici – Türkiyə, Türk Dünyası Araşdırmaları İnstitutunun başkanı.

Fil.ü.e.d. Seyfəddin Rzasoy  - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Nailə Rəhimbəyli - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Fil.ü.f.d. Əfzələddin Əsgər - AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.ü.f.d. Elxan Məmmədli  -AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d. Ağaverdi Xəlil - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d. İlkin Rüstəmzadə  - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d. Elçin Abbasov  - AMEA Folklor İnstitutunun elmi katibi

Fil.ü.f.d. Adil Cəmil - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi idarə heyətinin üzvü. 

Fil.ü.f.d. Afaq Ramazanova - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 
Fil.ü.f.d. Ə ziz Ələkbərli  - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Əli Şamil  - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri

 
Katiblik:

Fil.ü.f.d. Fidan Qasımova -  AMEA Folklor İnstitutunun böyük elmi işçisi 

Gülnar Osmanova - AMEA Folklor İnstitutunun elmi işçisi 

Həbib Misirov  - “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini.

 
KONFRANSDA İŞLƏNƏN DİL:

Azərbaycan dili, Türkiyə türkcəsi, rus dili, ingilis dili

   

KONFRANSIN MÜHÜM TARİXLƏRİ:

01 sentyabr 2014

Özətlərin son göndərilmə tarixi

15 sentyabr 2014

Qəbul edilən özətlərin elan edilməsi

15 oktyabr 2014

Məqalənin tam mətninin göndərilməsinin son tarixi

13-14 noyabr 2014

Konfransın keçirilmə tarixi

 

  MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini 0 1 sentyabr 201 4 -cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

•  Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 15 sentyabr 2014-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə cavab veriləcəkdir. 

•  Özətlər 150-200 sözdən ibarət olmalıdır.

•  Özət və məqalələr e-mail ( [email protected] ) ilə göndərilməlidir.

•  Məqalələr kitabda nəşr ediləcək.

•  Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

•  Konfransda iştirak etmək istəyənlərin yol və otel xərcləri özlərinə aiddir.

 
  MƏQALƏLƏRDƏ AŞAĞIDAKI TEXNİKİ QAYDALARA ƏMƏL OLUNMALIDIR:  

•  Yazı: Microsoft Office Word, Kağız: A4. 

•  Səhifə qaydası: Üst: 3,5, Alt: 3,5, Sağ: 3,5, Sol: 3,5 

•  Yazı Puntu: Başlıq 12 şrift ölçüdə, yağlı. 

•  Məruzə 12 şrift ölçüdə. 

•  İnterval 1,5. 

•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməli, məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlarda” göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə xülasə (rezüme) verilməlidir.

•  Konfrans haqqında məlumatı və anket formasını www.folklorinstitutu.com səhifəsindən əldə etmək olar. 

•  Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır. 

•  Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 

•  Hər bir məruzəçi üçün maksimum 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 

•  Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir. 

 

ÖZƏT GÖNDƏRMƏ FORMASI

(Abstract Submission Form)

Ümumtürk kontekstində Qarabağ xalq oyunları

və meydan tamaşaları

 

13-14 noyabr 2014

(13 – 14 November 2014)

Azərbaycan – Bakı

 

ÖZƏT BAŞLIĞI / TITLE OF ARTICLE

Müəllifin adı, soyadı/ Author's title, name, surname

 

Çalışdığı yer / Institution

 

Bölüm / Department

 

E-mail

 

Ölkə, şəhər / Country, city

 

Açar sözlər / K eywords

 

Məqalənin özəti / Abstract

 

 

 

 

KONFRANSIN KEÇİRİLƏCƏYİ YER:

Bakı şəhəri

ƏLAQƏ:

E-mail:    [email protected]

Telefon:   (+99412) 492 92 48

  (+99412) 492 93 14

Ünvan:   Bakı-1000, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.