Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq folklor konfransının materialları işıq üzü gördü

Azərbaycan elmi ictimaiyyəti artıq sayca altıncı olan “Ortaq türk keçmişindən Ortaq türk gələcəyinə” adlı beynəlxalq folklor konfransının astanasındadır. Artıq konfransın keçirilməsi üçün lazım olan şərtlər həyata keçirilmişdir.
Hər il olduğu kimi, bu il də AMEA Folklor İnstitutu öz ənənəsinə sadiq qalaraq konfransın materialları toplanılmış möhtəşəm kitabı geniş oxucu kütləsinin ixtiyarına vermişdir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Foklor İnstitututu milli-mənəvi dəyərlərin qorunması ideyasını yarandığı ilk gündən öz fəaliyyəti üçün prioritet götürmüş və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Milli Təhlükəsizlik Konsepsiyasının müddəalarını diqqət önündə saxlayaraq bu istiqamətdə ixtisaslaşmışdır.
Artıq işıq üzü görmüş “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” VI Uluslararası folklor konfransının materalları bir sıra ölkə alimlərinin məqalə və tezislərini əks etdirir. Belə ki, topluda Türkiyə, Rusiya, KKTC, Ukrayna, Qazaxıstan, İran, Gürcüstan və s. ölkələrdən iştirak edən alim və tədqiqatçıların məqalələri yer almışdır.
Ümumilikdə, 500 səhifədən çox olan “Materiallar”da türk dünyasının bir sıra görkəmli alimlərinin məruzələri vardır ki, bu da əldə olunmuş elmi nətcələrin bölüşdürülməsində mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı ölkələrdə müxtəlif alimlər tərəfindən aparılmış bu tədqiqatlar əgər bir tərəfdən elmi mübadiləyə imkan verirsə, digər bir tərəfdən milli-mənəvi keçmişimizi öyrənmək baxımından vacibdir.
AMEA Folklor İnstitutunun direktoru, f.e.d., prof. Hüseyn İsmayılovun birbaşa rəhbərliyi və səyi nəticəsində “Materialların” konfrans keçiriləcək tarixə qədər çap olunub işıq üzü görməsi ənənəsi bir daha təmin edildi. Bununla konfrans materiallarının bir sıra ölkə elmi ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addım atıldı.


AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.