Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

5.6.2014

“Tarix boyunca türk idarəsində ermənilər”

Tahir Nəsib – oturanlardan sağdan birinci

Folklor İnstitutu “Türk xalqları folkloru” şöbəsinin əməkdaşı Tahir Nəsib 8-10 may 2014-cü ildə Türkiyə Respublikası Qars Qafqaz Universiteti və Qars Valiliyinin birgə keçirdiyi “Tarix boyunca türk idarəsində ermənilər” beynəlxalq simpoziumunda “Erməni əsilli Mirzə Melkümün XIX əsrdə türklər arasında məkrli “maarifçilik” fəaliyyəti” mövzusunda məruzə ilə iştirak etmişdir. Məruzədə Mirzə Melkümün İran, Türkiyə və Zaqafqaziyada gedən maarifçilik hərəkatından istifadə edərək türk ziyalılarını ənənə və milli dəyərlərə zərər vura biləcək fəaliyyətlərə təşviq etməsi göstərilir.
İlk dəfə olaraq bu məruzədə məktublaşmalar əsasında açıqlanır ki, onun bu zərərli fəaliyyətini hələ zamanında M.F.Axundzadə görmüşdür. Mənbələrdə M.F.Axundzadə və Mirzə Melkümün dostluğundan çox bəhs olunsa da, həmin dostluq münasibətlərinin Melkümün şübhəli fəaliyyətinə görə tükənməyindən bəhs olunmamışdır.
T.Nəsib məruzəsində faktlarla bunu açıb göstərmişdir. Bundan başqa, məruzəçi qeyd etmişdir ki, müasir erməni və onların havadarlarına aid qaynaqlarda Mirzə Melkümün tarixi xidmətlərinə cavab olaraq onun böyüdülmüş obrazı yaradılmaqdadır. Bunun üçün Melkümün öz yaradıcılığı yetmədiyindən Azərbaycan yazıçısı Mirzə Ağa Təbrizinin əsərləri də onun adına çıxılır və o, dünyada İran dramaturgiyasının banisi kimi tanıdılır.
T.Nəsib Azərbaycan alimlərinin tədqiqatları və Mirzə Fətəli Axundzadə ilə Mirzə Ağa Təbrizinin məktubları əsasında bu məlumatın da yanlış olmasını simpozium iştirakçılarının diqqətinə çatdırmışdır.
T.Nəsib konfransda dinlənilən məruzələrin müzakirəsində də fəal iştirak etmişdir. Simpoziumda iştirakına görə Qafqaz Universitetinin və Qars Valiliyinin sertifikatını almışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.