Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
2.6.2014

Əməkdaşlarımız Türk dünyasının mədəniyyət paytaxtında oldular

Rusiya Federasiyası Tatarıstan Respublikası Kazan (Volqaboyu) Federal Universiteti Filoloji və Mədəniyyətlərarası Əlaqələr İnstitutu 14-18 may 2014 - cü il tarixdə “Türk xalqlarının bədii mədəniyyəti və ədəbiyyatı Şərq-Qərb kontekstində” adlı beynəlxalq elmi konfrans təşkil edib. Konfransın gündəliyinə türk xalqları folkloru, bədii mətn, üslub və struktur, türk xalqları ədəbiyyatı, mədəniyyəti, dili və tarixi, Şərq və Qərb ədəbiyyatlarının təsirlənmə istiqamətləri və s. məsələlər daxil edilib. Konfrans Tatarıstan Respublikasının və 2014-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Kazan şəhərində keçirilib.
Konfransa Azərbaycandan AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu, həmin institutun şöbə müdiri Ağaverdi Xəlil və böyük elmi işçi Qalib Sayılov dəvət olunmuşdu. Konfransın proqramına Muxtar Kazımoğlunun “Folklorda obrazın ciddi yöndə ikiləşməsi kontekstində libasdəyişmə və addəyişmə”, Ağaverdi Xəlilin “Oğuz eposunda arxaik aydım janrı”, Qalib Sayılovun “Atalar sözlərində dini görüşlərin semantik xüsusiyyətləri” mövzusundakı məruzələri daxil edilmişdi. Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu konfransa təbrik məktubu göndərib. Təbrik məktubu konfransın açılış mərasimində oxunub. Məktubda konfransın elmi-mədəni əhəmiyyəti vurğulanıb və onun işinə uğur arzulanıb. Təşkilat komitəsi adından AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğluna və onun rəhbərlik etdiyi instituta türk xalqlarının ənənəvi mədəniyyətinin qorunmasında, öyrənilməsində və təbliğində göstərdiyi xidmətlərə görə təşəkkür edilib.
Konfransın materialları elmi məqalələr toplusunda İSBN, UDK, BBK kodları verilməklə çap olunub, Rusiya Federasiyasının mərkəzi kitabxanalarına verilib və Rusiya Kitab evində qeydiyyata alınıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.