Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

"Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" VI Uluslarası folklor konfransı işə başladı

Noyabrın 25-də AMEA Rəyasət Heyətinin əsas iclas salonunda AMEA Folklor İnstitutunun KKTC Doğu Ağdəniz Universiteti ilə birgə təşkil etdiyi "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" VI Uluslararası folklor konfransı işə başladı.
Konfransı giriş sözüylə AMEA-nın vitse-prezidenti Arif Həşimov açaraq tədbir iştirakçılarını salamladı. O, "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" kimi ciddi, gərəkli bir tədbirin artıq 6-cı dəfədir ki, keçirildiyini, bu layihənin gerçəkləşdirilməsində AMEA-nın Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılovun zəhmətini ayrıca vurğuladı.
AMEA-nın Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılov çıxışında Azərbaycan folklorunun keçib gəldiyi çətinliklərlə dolu yoldan, çağdaş dönəmdə Folklor İnstitutunun ardıcıl olaraq gerçəkləşdirdiyi milli-xəlqi, dövləti əhəmiyyətli gərəkli işlərdən danışdı: "Folklor xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı. Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. İnstitutumuz tərəfindən "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" adlı Uluslarası folklor konfransının keçirilməsi artıq ənənə şəklini alıb. Buraya dünyanın hər yerindən folklorşünas alimlər dəvət olunur. Konfransın materialları dərhal çap olunaraq oxucuların ixtiyarına verilir. Folklor İnstitutu bu konfransla dünya folklorşünaslarını bir araya gətirir və ümumtürk folklorşünaslığının inkişafına böyük təkan verir. Qarşıda böyük vəzifələr durur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi daim möhkəmləndikcə onun milli-mənəvi dayaqlarından biri olan folklorşünaslıq elmi də durmadan inkişaf edəcək".

Habelə H.İsmayılov türk xalqları arasındakı mənəvi bağlılığın folklorun verdiyi imkanlar nəticəsində daha da inkişaf etdiriləcəyinə əminliyini bildirdi.
KKTC Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztorpağın təmsilçisi Vüqar Soltanzadə AMEA Folklor İnstitutu ilə təmsil etdiyi universitetin uğurlu əməkdaşlığından danışdı: "Xoşbəxtəm ki, öz Vətənimdə belə bir möhtəşəm tədbirin iştirakçısıyam".
Türkiyənin Qazi Universitetinin professoru Necati Dəmir türk xalqlarının tarixi, mənəvi birliyi, çağdaş dönəmdə bu birliyin ideyadan gerçəkliyə doğru irəliləməsində gərəkən amillər, bu sırada dil və folklor məsələsinə önəm verməyin qaçılmazlığından danışdı: "Türklüyün ortaq nöqtəsi türklüyün danışıldığı hər yerdir. Bu gün türk xalqları arasında əlaqələrin daha da inkişaf etdirilməsi çox gərəklidir".
AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" konfransının gərəkliyi haqqında danışdı: "Türkün iki böyük dəyəri - dili və folkloru onun tükənməz sərvətidir. Əslində Folklor İnstitutunun gerçəkləşdirdiyi konfrans qurultay səviyyəsindədir. İnstitutun əməkdaşlarının hər il müxtəlif ölkələrdə, xüsusilə də Türk Dünyasında keçirilən folklorşünaslıq mövzusundakı tədbirlərdə iştirakı təqdirəlayiqdir". O, institutun Qarabağ, habelə Qərbi Azərbaycanla bağlı folklor antologiyaları, bu yöndə materialların geniş tədqiqata cəlb edilməsini xüsusi dəyərləndirdi: "Məhz bu nəşrlər həmin yerlərin bizim dədə-baba torpaqlarımız olduğunu tamamilə sübut edir".
Almaniyadan gəlmiş araşdırmaçı Abdulqadir İnaltekin bu gün türklərin dünyanın müxtəlif ölkələrində, xüsusilə də Qərb ölkələrində ayrı-ayrı elm, habelə ictimai həyatın başqa sahələrində ciddi nüfuz sahibi olmalarından fəxrlə danışdı: "Dünyada türk ruhuna, türk düşüncəsinə gərək artmaqdadır".
Açılış mərasimində çoxcaylı çıxışlar oldu.
Xatırladaq ki, builki konfrans "Türk epik ənənəsində dastan" mövzusuna həsr olunub. Bu beynəlxalq miqyaslı toplantıya Türkiyədən 54, Ukraynadan 2, Qazaxıstandan 5, Almaniyadan 1, Rusiyadan 5, İrandan 5, Gürcüstandan 1 və Azərbaycanın müxtəlif elm ocaqlarından çox sayda elm adamları dəvət olunublar.
"Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası
Folklor konfransı 2003-cü ildən 2007-ci ilə kimi müntəzəm olaraq Bakı şəhərində keçirilib. İki illik fasilədən sonra konfrans yenidən fəaliyyətini bərpa edib.
Konfrans bu gün də öz işini davam etdirəcək.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.