Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
14.1.2014

Əməkdaşlarımız folklorçuların Rusiyada keçiriləcək III Beynəlxalq konqresinə dəvət olundular

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy fevral ayının 3-dən 9-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən folklorçuların III Beynəlxalq konqresinə dəvət olunublar. Konqresdə iştirak üçün dünyanın hər yerindən müraciətlər olunmuş və aralarında dünyanın ən məşhur folklorşünaslarının da yer tutduğu təxminən 400 məruzə seçilmiş və Konqresin proqramına daxil edilmişdir. Ppoqramda Ağaverdi Xəlilin “Rus tarixi-filoloji məktəbi və Azərbaycan folklorşünaslığı”, Seyfəddin Rzasoyun “Azərbaycan eposu: tədqiqinin və müasir vəziyyətinin problemləri” mövzusundakı məruzələri də öz əksini tapır. Konqres Rusiya federasiyası Mədəniyyət nazirliyinin Dövlət respublika rus folkloru mərkəzi tərəfindən təşkil edilir. Folklorçuların, etnoloqların, filoloqların, antropoloqların, sənətşünasların, etnomusiqişünasların və başqa ənənəvi mədəniyyət tədqiqatçılarının elmi həyatında öz mühüm nəticələrinə görə möhtəşəm forumlar olan bu konqresin birincisi 2006-cı ildə, ikincisi isə 2010-cu ildə keçirilmişdir. RF Mədəniyyət nazirliyinin təşkil etdiyi Ümumrusiya folklorçularının III konqresi aşağıdakı tematik bloklar üzrə planlaşdırılmışdır:

1. Folklor müasir informativ və mədəni məkanda.
• Akademik xalq sənəti və folklor.
• Folklorun səhnə təcəssümü.
• Müasir şəhər folkloru.İnternetdə folklor.
• Verilənlər bazası və folklor materialları arxivi.
• Folklorşünaslıqda informasiya texnologiyaları.
• Müasir polimədəni məkanda etnomədəniyyət.
• Müəllif yaradıcılığında folklor.Folklorizm.
• Mətbuatda və KİV-də folklor.

2.Folklorun tarixi və nəzəriyyəsi problemləri.
• Folklorun poetikası və mətnşünaslıq.Folklorun dili.
• Etnomusiqişünaslıq.Etnoxorelogiya.Etnoorqanologiya.
• Dekorativ-tətbiqi sənət və xalq sənətkarlığı.
• Ənənəvi oyun mədəniyyətinin problemləri.
• Sahə tədqiqatlarının strategiya və taktikası.
• Folklorşünaslığın regional və milli problemləri.
• Folklor elminin tarixi.
• Folklorşünaslıq digər elmlər kontekstində.

3. Xalq bədii mədəniyyətinin öyrənilməsi və tədrisi problemləri.
• Məktəbəqədərki müəssisələrdə uşaqlara folklor dəyərlərinin öyrədilməsi.
• Folklor praktikasının təşkili üzrə mədəni istirhaət və konsert təşkilatlarının fəaliyyəti.
• Müasir festivallar və folklor müsabiqələri.
• Xalq yaradıcılığı sahəsində menecment.
Bölmələrlə yanaşı folklorun və ənənəvi mədəniyyətin aktual problemlərinin dəyirmi masalarda, dikussiya klublarında müzakirəsi, seminarların keçirilməsi və məşhur xalq sənətkarlarının çıxışlarının dinlənilməsi planlaşdırılır. Konqres çərçivəsində Rusiya folklor kinosu festivalı keçiriləcək, folklor kollektivlərinin çıxışları olacaq, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi, kitab yarmarkası və digər mədəni tədbirlər təşkil ediləcəkdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.