Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
13.1.2014

Dr. professor Ramiz Əsgərin 60 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Yanvarın 10-da AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun zalında Folklor İnstitutunun təşkilatçılığı ilə tanınmış türkoloq, professor Ramiz Əsgərin 60 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) açıb, yubilyarın elmi uğurları haqqında danışıb: «Ramiz Əsgərin müxtəlif qəzetlərə redaktorluğu, Türkiyənin «Hürriyyət» kimi nüfuzlu mətbu orqanında Azərbaycanı təmsil etməsi, məfkurə, əqidə jurnalistikasını ortaya qoyması, türk mədəniyyətinin ən nadir nümunələrini dilimizə tərcümə etməsi, sanballı elmi əsərlər yazması bu tədbirin bayram səviyyəsində qeyd olunmasına əsas verir. Onun jurnalistikası Azərbaycançılıq, dövlətçilik, türkçülük jurnalistikasıdır.

Elmə gəldiyi qısa müddətdə R.Əsgər özünü görkəmli türkoloq kimi tanıda bilib. O, böyük bir əziyyətə qatlaşaraq təkcə «Divani-lüğət-it-türk»ün tərcüməsi ilə məşğul olmayıb, həm də onun biblioqrafik göstəricisini, tənqidi mətnini hazırlayıb. O, heç birimizin bacarmadığımız, Sabir Rüstəmxanlının ifadəsi ilə desək, dərvişvari bir gediş elədi: kitablardan haqqında oxuduğumuz, şəkillərini gördüyümüz Orxon-Yenisey abidələrinin izi ilə getdi. Monqolustana, Xakasiyaya, Tuvaya səyahət elədi. Türk məmləkətlərini qarış-qarış gəzib, öz gözləri ilə gördüyü qədim abidələri yenidən tədqiq etdi, bu haqda kitab yazdı. R.Əsgər 40 tərcümə kitabının müəllifidir. Bunların bir hissəsi türkmən ədəbiyyatını əhatə edir. Xalq yazıçısı Anar bu barədə belə deyir: «Heç kəs Türkmən ədəbiyyatından Ramiz Əsgər qədər tərcümə etməyib»».


AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli R.Əsgərin yaradıcı insan olaraq özünəməxsus keyfiyyətlərini belə xarakterizə edib: «O, ömrünün bütün mərhələlərini ləyaqətlə keçmiş ziyalımızdır. Xatırlayıram, R.Əsgər «Vətən» Cəmiyyətinin nəşri olan «Odlar Yurdu» qəzetinə rəhbərlik edirdi. O illərdə bu qəzet həqiqətən Azərbaycanla dünya arasında bir mətbuat körpüsü idi. Ramiz Əsgər dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıları kəşf etdi. «Divan»ı Azərbaycan dilinə çevirib çap etdirmək tarixi bir işdir, Azərbaycan türkologiyasına şərəfli bir xidmətdir. R.Əsgər «Oğuznamə»ni, «Kutaqdu bilik»i, Türkmən, Krım-tatar, Orta Asiya ədəbiyyatından nümunələri dilimizə çevirməklə çap etdirib. Bu və başqa işlərdə Ramiz Əsgərin izi, böyük zəhməti var. O, bütün həyatını bu şərəfli işə – Azərbaycan türkologiyasının, ictimai fikrinin, milli məfkurəsinin inkişafına həsr eləmiş görkəmli ziyalımızdır. Türk Dünyasında onu yalnız tanımırlar, həm də qəbul edirlər. Ramiz həmişə Azərbaycan türkologiyasını dünyada ləyaqətlə, böyük elmi səviyyədə təmsil edib».


Türkoloq-alim, professor Firidun Cəlilov R.Əsgərin türkologiyadakı xidmətlərini yüksək dəyərləndirib, bildirib ki, o, müxtəlif elm sahələrində öncül olmaqla alim vətəndaşlığını təsdiq edib: «Ramizin tərcümə etdiyi M.Kaşğarlının «Divan»ı stolüstü kitabımdır. O, həm də ciddi redaktordur».
Professor Əzizxan Tanrıverdi R.Əsgəri dilçi-türkoloq, ədəbiyyatşünas, ensiklopedist alim kimi xarakterizə edib: «O, «Divan»ın tərcüməsini ləyaqətlə başa çatdırdı».
AMEA Əlyazmalar İnstitutunun direktor əvəzi, fil.ü.e.d. Paşa Əlioğlu da alimin əsərlərinin əhəmiyyətindən, türk xalqları ədəbiyyatının qarşılıqlı şəkildə öyrənilməsində mövcud boşluğun doldurulmasına nail olduğunu söyləyib: «R.Əsgərin ortaya qoyduğu mətnlər çox ciddidir. Əsas məsələ insanın məqsədinin aydınlığıdır. Ramizin aydın vətəndaş mövqeyi var»

.
Araşdırmaçı Ədalət Tahirzadə bildirib ki, sovet dövründə ADR haqq ında ilk dəfə sistemli şəkildə yazan Ramiz Əsgər olub: «Onun kitabları onlarla dissertasiyaya qaynaq olacaq».
Professor Tərlan Quliyev bildirib ki, R.Əsgər «Divan»ı tərcümə etməklə adını Azərbaycan mədəniyyəti tarixinə həmişəlik yazdı. Profesor Çingiz Abdullayev vurğulayıb ki, o, türk dünyasının əsgəridir.
Şair, manasşünas alim Adil Cəmil tələbəlik dostuna yeni-yeni uğurlar arzulayıb: «Qoy Ramiz Əsgərin ürəyi həmişə beləcə türk sevdası ilə döyünsün. Mən türk dünyasının mənəvi mədəniyyətini Ramiz Əsgərsiz təsəvvür etmirəm».
İlham Abbasov bildirib ki, R.Əsgər kitablarını yuxusuz gecələrinin hesabına yazıb. Şair, alim İslam Sadıq R.Əsgərin jurnalist və alim kimi ictimai fikrə gətirdiyi yeniliklərdən danışıb.
Sonda çıxış edən Ramiz Əsgər çıxışçılara, iştirakçılara təşəkkürünü bildirib, yeni yaradıcılıq planları haqqında danışıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.