Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
24.12.2013

Əməkdaşlarımız Başqırdstan Dövlət Universitetində oldular

Başqırdstan Dövlət Universiteti Rusiya Federasiyası Başqırdstan Respublikasının Sterlitamak şəhərindəki filialında 2013-cü ilin dekabr ayının 16-dan 19-dək “Başqırd və türk filologiyasının öyrənilməsi və tədrisi problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirdi.Konfransın keçirilməsində məqsəd türk xalqları filologiyasının aktual problemlərini müəyyənləşdirmək və onların həlli yollarını araşdırmaqdan ibarət idi.Konfrans Başqırdstan Dövlət Universitetində başqırd filologiyasının fakültə olaraq əsasını qoymuş professor, Rusiya sosial və pedaqoji elmlər akademiaysının müxbir üzvü Bulat Baki oğlu Qafarovun (1938-2003) anadan olmasının 75 illiyinə həsr olunmuşdu.
Konfransda MDB ölkələrindən (Azərbaycan, Kazaxstan, Ukrayna) və Rusiya Federasiyasının müxtəlif yerlərindən (Altay, Başqırdstan, Çuvaşıstan, Yakutstan, Udmurtustan, Çelyabinsk) elm adamları iştirak edirdilər. Konfransın proqramına 180 məruzə daxil edilmişdi. Məruzələrdə doğma dillərin tədrisinin perspektiv mövzuları, dilçilik və ədəbiyyatşünaslığın fundamental və tətbiqi problemləri, dil, cəmiyyət və mədəniyyətin qarşılıqlı əlaqələrinin aktual problemləri araşdırılırdı. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və həmin şöbənin böyük elmi işçisi Qalib Sayılov konfransın işində iştirak etmiş və maraqlı məruzələr etmişlər. Ağaverdi Xəlil konfransın açılış iclasında çıxış etmiş, türk xalqlarının dillərinin, folklorlarının, ədəbiyyatlarının, bütövlükdə qeyri-maddi mədəni irsin qorunmasının, öyrənilməsinin və gələcək nəsillərə itkisiz və zədəsiz çatdırılmasının vacibliyindən bəhs etmiş, türk xalqlarının humanitar elmlərinin, o cümlədən türk filologiyasının qarşısında duran vəzifələri aydınlaşdırmışdır.


Açılış iclasındakı çıxışlardan sonra konfrans bölmələrdə davam etdirilmişdir. Folklor bölməsindəki iclasda Ağaverdi Xəlil “Azərbaycan xalq nağıllarında sudan keçid ritualının rudimentləri” mövzunda məruzə etmişdir. Qalib Sayılovun məruzəsində görkəmli folklorşünas alim Azad Nəbiyevin araşdırmalarında xalq inanclarının öyrənilməsi təcrübəsindən bəhs edilmişdir.
Dekabrın 18-də konfrans iştirakçıları Universitetlə tanış olmuş, onun kafedralarını və muzeylərini gəzmişlər. Burada təşkil edilmiş tarix-arxeologiya muzeyi, görkəmli başqırd yazıçısı Zeynəb Bişiyevə həsr olunmuş guşə qonaqlarda maraq doğurmuş, Universitetin fəxri qonaqlqrı kitabına ürək sözlərini yazmışlar.
Dekabrın 18-də və 19-da əməkdaşlarımız Başqırdstan Dövlət Universitetinin filologiya fakültəsinin tələbələrinə mühazirə oxumuşlar. Ağaverdi Xəlilin “Folklor və türk xalqları ədəbiyyatı” mövzusundakı mühazirələri Universitetin tələbə və müəllimləri tərəfindən maraqla dinlənilmiş və bu sahədəki əməkdaşlığın gələcəkdə də davam etdirilməsi arzusu ifadə edilmişdir. Qalib Sayılovun “Azərbaycan aşıq sənəti” mövzusundakı məruzəsi tələbələr tərəfindən alqışlarla qarşılanmışdır.
Universitetdə təşkil edilmiş mədəni proqram Universitetin folklor ansamblının çıxışlarından ibarət konsertlə tamamlanmışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.