Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
6.12.2013

Aşıq Şəmşir-120

Folklor İnstitutunda Beynəlxalq Elmi Konfrans

Dekabrın 5-də AMEA-nın əsas binasında Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Öncə Aşıq Şəmşirin həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya (Dağıstan) və Qırğızıstandan qabaqcıl elm və tədris müəssisələrini təmsil edən nümayəndələr iştirak edib.


Konfransı giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) açıb, iştirakçıları salamlayaraq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd 120 illik yubileyi münasibətilə böyük sənətkarı bir daha yad etmək, onun yaradıcılığının işığında aşıq sənətimizin dünəninə, bugününə, bəlkə də müəyyən mənada problemlərinə baxmaqdır: “İbn Haldunun fikridir, deyir, keçmişlə bu gün o qədər bir-birinə bənzəyir, necə ki, sular bir-birinə bənzəyir. Aşıq Şəmşiri müəyyən mənada Xəstə Qasıma, Aşıq Ələsgərə, digər klassik aşıqlara bənzətmək olar. Aşıq Şəmşir dərin köklərlə, qırılmaz tellərlə özündən əvvəlki klassik aşıq sənətinə bağlıdır və özündən sonrakı nəslə bir mənəvi körpüdür. O, 70-dən çox saz havasını məharətlə ifa edib, lentə yazdırıb. Aşıq Şəmşir 500-dən çox şeir yazıb, 20-yə yaxın dastanı məclislərdə canlı şəkildə söyləyib, xalq arasında dastan ifaçılığının böyük zirvəsini fəth edib. Nəhayət, aşıq sənətinin vacib tələblərindən biri olaraq 30-dan şox şagird yetişdirib. Aşıq Şəmşirin şeirləri də, ifa etdiyi saz havaları da, şagird yetişdirməsi də bir məcrada – dastan ətrafında birləşib. Bizim aşıq sənəti qonşu xalqların musiqisinə, mədəniyyətinə, ədəbiyyatına məhz dastan vasitəsilə təsir göstərib. Beləliklə, Aşıq Şəmşir bizi çox mətləblərdən hali edir”.


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın ən zəngin folklor sərvətlərinə malik ölkələrdən biri olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə aşıq sənətinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir. O, Aşıq Şəmşirlə Səməd Vurğunun məşhur deyişməsini “böyük ədəbi hadisə” adlandırıb: “Bu, nadir deyişmədir, özündə dastan elementlərini birləşdirir”.
Sonra çıxış edən AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Azərbaycan xalqının folklorda yaşayan tarixinə və tarixi şəxsiyyətlərinə yeni meyarlar müstəvisində nəzər salınması baxımından konfransın dəyərini xüsusi olaraq vurğulayıb: “Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş konfrans bizi qədim mədəniyyətlərə aparmaya bilməz. Belədə dünya mədəniyyətinin ümumi ahənginə qovuşmuş oluruq”.


Abant İzzət Baysal Universitetinin (Türkiyə) professoru Əli Yaman Türkiyədə və Azərbaycanda dədəlik anlayışının tarixi köklərinə diqqət çəkib, çağdaş dövrdə həmin məsələ ilə bağlı fərqləri aydınlaşdırıb. Bildirib ki, Türkiyədə artıq dədə anlayışı ozanlıqdan çıxıb, dini müstəvidə anlaşılır, Azərbaycanda isə aşıq sənətində yaşadılır.
Qırğızıstan Texniki Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının professoru, manasçı Talantaalı Bakçiyev xalqlarımızı birləşdirən mənəvi tellərin qorunması gərəkliyindən danışıb. Onun məşhur “Manas” dastanından bir parça ifası iştirakçıların ciddi marağına səbəb olub, alqışlarla qarşılanıb.


Dağıstan Respublikasının Qarabudaq Kənd Gimnaziyasının müəllimi, filologiya elmləri namizədi Ruqaniyat Musayeva, şair Məmməd Aslan, professor Şirindil Alışanlı çıxış edərək aşıq sənətinin dünəni və bugünü ilə bağlı, eyni zamanda, Aşıq Şəmşir yaradıcılığının məxsusi cəhətləri ilə ilgili
mülahizələrini iştirakçıların diqqətinə çatdırıblar.
Sonda çıxış edən şair-publisist, ictimai xadim, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu Aşıq Şəmşir irsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, bu möhtəşəm konfransı keçırən Folklor İnstitutuna minnətdarlığını bildirib.
Tədbirdə qumuq aqaç-kumuzçusu (Dağıstan) , Savə (İran) cökürçüsünün ifaları da maraqla dinlənilib.
Konfrans öz işini “Qurbani”, “Dadaloğlu”, “Manas”, “Aşıq Ələsgər” adlı bölmələrdə davam etdirib, həmin toplantı-yığıncaqlarda 30-dan artıq elmi məruzə dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.