Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

27.9.2013

“QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR”
çoxcildliyi xüsusi mükafata layiq görülüb

AMEA-nın Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir” kitabı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Kitab Beynəlxalq Sərgi-Yarmarkasında “Ən yaxşı kitab” nominasiyasının xüsusi mükafatına layiq görülüb. Mükafat sentyabrın 25-də Bakı Beynəlxalq Sərgi-Yarmarkasının bağlanışı münasibətilə keçirlən tədbirdə qalibə təqdim olunub. Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, Reklamın Təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli bildirib ki, bu cür dəyərli bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Cənab Prezident İlham Əliyevin mədəniyyətlə bağlı siyasətinin davamıdır. V.Bəhmənli çıxışında Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin kitab sənətinin inkişafında atılan addımlara hər zaman dəstək olduğunu, gələcəkdə də ölkəmizin bu cür beynəlxalq kitab sərgilərinin keçirilməsinə böyük töhfələr verəcəyini və bütün bu addımların Azərbaycanda kitaba olan marağın artmasına xidmət edəcəyini vurğulayıb.


Daha sonra Nəşriyyat, Reklamın Təşkili və İnformasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmiş nəşriyyat və təşkilat nümayəndələrini mükafatların təqdimi üçün səhnəyə dəvət edib. İctimai xadimlərin, sənət və ədəbiyyat adamlarının, naşirlərin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən təqdim etmə mərasimində çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) göstərilən diqqətə və verilən dəyərə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib.
Onu da qeyd edək ki, sərgi çərçivəsində 100-dən çox milli və beynəlxalq təşkilat və nəşriyyat təmsil olunub, ədəbi-mədəni tədbirlər keçirilib. Sərginin sonunda üç gün davam edən beynəlxalq tədbirdə fəal iştirak edən nəşriyyatlar diplomlarla mükafatlandırılıb. “Ən yaxşı nəşriyyat” nominasiyasında isə Azərbaycan ədəbiyyatının Türkiyədə çapı və təmənnasız yayılmasında göstərdiyi xidmətlərə görə Türkiyənin “Bengü” Yayınlar Evi xüsusi mükafata layiq görülüb.
Mükafata layiq görülən kitab barədə bir neçə söz:


Qarabağı özümüzə və dünyaya daha yaxından tanıtmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu 2012-ci ildə «Qarabağ folkloru-nun toplanması, sistemləşdirilməsi və araşdırılması» üzrə xüsusi layihə hazırlayıb və İnstitutun bir çox əməkdaşları layihənin icrasına cəlb edilib. Layihədə əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini top-lamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Layihədə məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir. Layihə çərçivəsində artıq dörd kitab çap olunub. Bu kitablarda 90-dan artıq mifoloji mətn, 400-dən artıq əfsanə və rəvayət, 180-dən artıq nağıl, 200-dən artıq lətifə, 500-ə yaxın atalar sözü, 1000-dən artıq bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, uşaq folkloruna aid digər nümunələr çap olunub oxuculara təqdim edilib. Bundan başqa, kitabda bölgədə yaşayan nəsillər və tayfalar, sovet rejiminə qarşı mübarizə aparmış qaçaqlar haqqında, bölgə əhalisinin məişətinə, həyat tərzinə dair maraqlı etnoqrafik məlumatlar öz əksini tapıb. Bununla belə, bu cildlər bölgə folklorunu hələ tam əhatə etmir. Şübhəsiz, bu iş gələcəkdə də davam etdiriləcək, Qarabağın bütün rayonlarına və məcburi köçkünlərin məskunlaşdığı məntəqələrə ardıcıl ezamiyyələr təşkil etməklə bütövlükdə bölgənin folkloru, şifahi irsi haqqında dolğun təsəvvür yaradacaq kitablar ortaya qoyulacaqdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.