Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
11.7.2013
AMEA FOLKLOR İNSTİTUTU VƏ
AĞCABƏDİ RAYON İCRA HAKİMİYYƏTİ

15 noyabr 2013-cü ildə Ağcabədi şəhərində "II Qarabağ folkloru: problemlər, perspektivlər"
mövzusunda elmi konfrans keçirir

KONFRANSIN MƏQSƏDİ

Folklor və mədəniyyət beşiyi olan Qarabağ artıq 20 ilə yaxındır ki, düşmən tapdağı altındadır. Bir çox maddi-mədəniyyət abidələrimiz işğalçılar tərəfindən məhv edilib, yüz minlərlə insan ev-eşiyindən didərgin salınıb. Lakin bölgədən qaçqın düşənlər, təbii ki, yaddaşlarında folklorumuzu, mənəvi mədəniyyətimizi yaşatmaqdadırlar. 2012-ci ildə Folklor İnstitutunun bir qrup əməkdaşı bölgə sakinlərinin yaşadığı yerlərə ezam olunub, toplanmış folklor nümunələrindən ibarət üç kitab çap olunub. Keçən il Folklor İnstitutu həmçinin Qarabağ musiqi folklorunu əks etdirən xüsusi albom buraxıb.

AMEA Folklor İnstitutu “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə çərçivəsində başladığı işləri 2013-cü ildə də davam etdirib. Belə ki, bu il İnstitut “Qarabağ: folklor da bir tarixdir” adlı coxcildliliyin 4, 5 və 6-cı cildlərini çapa hazırlayıb; Qarabağ bölgəsində qeydə alınan müxtəlif mərasimlərin, xalq oyunları və meydan tamaşalarının video-lentə alınması kimi vacib bir işi həyata keçirib. AMEA Folklor İnstitutu Qarabağ bölgəsindən və həmin bölgədən qaçqın düşən soydaşlarımızdan toplanmış folklor nümunələrini elmi əsaslarla arxivləşdirmək, nəşrə hazırlamaqla yanaşı, gələcək perspektivləri də müəyyənləşdirməyi nəzərdə tutur. AMEA Folklor İnstitutunun 2013-ci il noyabrın 15-də Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda keçirəcəyi elmi konfrans məhz perspektivləri müəyyənləşdirməyə xidmət edəcək bir tədbirdir.

Konfransın keçirilməsində məqsəd Qarabağ folklorunu, milli-mənəvi dəyərlərini öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini Azərbaycan dünya ictimaiyyətinə çatdırmaqdır.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Təşkilat komitəsinin sədri:

Fil.ü.e.d. Muxtar İmanov - AMEA Folklor İnstitutunun direktoru

Şahin Məmmədov - Ağcabədi rayon İcra hakimiyyətinin başçısı

Elmi heyət:

Tofiq Hacıyev- AMEA -nın müxbir üzvü, AMEA Folklor İnstitutunda şöbə müdiri
Kamran Əliyev - AMEA Folklor İnstitutunda şöbə müdiri
Füzuli Bayat - AMEA Folklor İnstitutunda şöbə müdiri
Seyfəddin Rzasoy - AMEA Folklor İnstitutunda şöbə müdiri
Afaq Ramazanova- AMEA Folklor İnstitutunda, aparıcı elmi işçi
Əziz Ələkbərli - AMEA Folklor İnstitutunda şöbə müdiri
Elçin Abbasov - AMEA Folklor İnstitutunda elmi katib
İlkin Rüstəmzadə - AMEA Folklor İnstitutunda şöbə müdiri
Elxan Məmmədli -AMEA Folklor İnstitutunda şöbə müdiri
Ləman Vaqifqızı - AMEA Folklor İnstitutunda aparıcı elmi işçi
Əli Şamil - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri

Katiblik:

Fidan Qasımova - AMEA Folklor İnstitutunda böyük elmi işçi
Vəfa Saleh - AMEA Folklor İnstitutunda kiçik elmi işçi

KONFRANSDA İŞLƏNƏN DİL:

Azərbaycan dili

KONFRANSIN KEÇİRİLƏCƏYİ YER:

Ağcabədi şəhəri

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

*Konfransda iştirak etmək istəyənlər məruzə mətnlərini 20 sentyabr 2013-cü il tarixinədək [email protected], [email protected] elektron poçt ünvanlarına göndərə bilərlər.
*Məruzə mətni orijinal olmalı, əvvəllər başqa bir yerdə çap edilməmiş olmalıdır.
*Məruzələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 1 oktyabr 2013-cü il tarixinədək elektron poçt ünvanı ilə cavab veriləcəkdir.
*Məruzənin başlığı böyük hərflərlə, qara şriftlərlə olmalıdır. Başlığın altında sağ tərəfdə müəllifin adı, soyadı, elmi dərəcəsi, işlədiyi təşkilatın adı və e-maili qara şriftlə verilməlidir.
* Məruzə başlığı və müəllif göstəricisindən altda Azərbaycan türkçəsində 150 sözü keçməyən özət verilməlidir. Özət sözü mətnin sol tərəfində qara şriftlə verilməlidir. Özətin sonunda 8-12 sözdən ibarət açar sözlər verilməlidir (İngiliscə və rusca özətlər məruzənin sonunda, qaynaqlardan sonra verilməlidir).
*Məruzənin mətni özətdən sonra giriş, əsas mətn, nəticə və qaynaqların göstərilməsi formasında hazılanmalıdır.
*Məruzə mətnlərində üslub, korrektura səhvləri müəllif tərəfindən diqqətlə düzəldilməlidir. Yanlışlıqlara müəllif cavabdehdir.
*Məruzə mətnlərinin münsiflər heyətinə dəyərləndirilməyə göndərilməsi üçün aşağıdakı texniki qaydalara əməl olunmalıdır:
*Yazı: Microsoft Office Word, Kağız: A4.
*Səhifə qaydası: Üst: 3,5, Alt: 3,5, Sağ: 3,5, Sol: 3,5
*Yazı Puntu: Başlıq 12 şrift ölçüdə, yağlı.
*Məruzə 12 şrift ölçüdə.
*İnterval 1,5.
*Ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altdında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməli, məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “qaynaqlarda” göstərilən qaydada yazılmalıdır.
*Konfrans haqqında məlumatı və anket formasını www.folklorinstitutu.com səhifəsindən əldə etmək olar.
*Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır.
*Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
* Hər bir məruzəçi üçün 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.
* Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.

Anket forması

Adı, soyadı:

 

Çalışdığı t əşkilat:

 

Vəzifəsi:

 

Poçt ünvanı:

 

Telefon u :

 

Fax:

 

Elektron poçtu (e-mail) :

 

Özət

 

Qısa tərcümeyi-halınız, ən mühüm əsərlərinizin siyahısı, nəşr ili, yeri (500 işarəni keçməmək şərti ilə)

 

Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31. AZ 1001
Tel: (99 412) 498 81 08, (99 412) 492 92 48, Faks: (99 412) 498 16 21
Web: www.folklorinstitutu.com
E-mail: [email protected], [email protected]

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.