Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

7.6.2013

Şamaxıda folklor konfransı

5 iyun 2013-cü ildə AMEA-nın Folklor İnstitutu Şamaxı şəhərində «Folklorun toplanması və sistemləşdirilməsi problemləri» mövzusunda Respublika Elmi Konfransı keçirdi. Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə şəhər mədəniyyət evində düzənlənən tədbirə folklora, xalq ədəbiyyatına dəyər verən görkəmli alimlər, şifahi ədəbiyyat araşdırıcıları, həmçinin, digər sahələri təmsil edən ziyalılar, müəllimlər, tələbələr qatılmışdı.


Konfransın plenar iclasında giriş sözü ilə çıxış edən Şamaxı RİH başçısının I müavini Qasım Qasımov öncə iştirakçıları salamladı, sonra folklorun, ağız ədəbiyyatının milli-mənəvi dəyrələrimizin qorunmasındakı rolundan və həmin konteksdə zənginliyi, əlvanlığı ilə seçilən, xalq yaradıcılığı xəzinəsinə qiymətli incilər bəxş etmiş Şirvan folklorunun mahiyyətindən danışdı.


AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) çıxışına bu yaxınlarda 90 illik yubileyini təntənə ilə keçirdiyimiz ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: «Hər hansı bir azərbaycanlı özünüdərk prosesindən folklorunu, ədəbiyyat və mədəniyyətini mənimsəyərək keçməlidir». Bu məntiqə söykənən natiq Azərbaycan folklorunun regional xüsusiyyətlərindən danışarkən ümumxalq yaradıcılığında Şirvan folklorunun ayrıca yeri olduğunu vurğuladı: «Şirvan həmin Şirvandır ki, söz sənəti tariximizə ölməz sənətkarlar, qüdrətli şairlər və aşıqlar bəxş edib. Şirvan həmin Şirvandır ki, burada irfan fəlsəfəsinə söykənən ustad aşıqların məxsusi məktəbləri olmuşdur».


M.Kazımoğlu bu gün folklorumuzun toplanması, araşdırılması və təbliğ olunması istiqamətində rəhbərlik etdiyi institutun gördüyü işlərlə bərabər qarşıda duran problemlərə toxundu, söyləyici və toplayıcı münasibətlərinə də aydınlıq gətirdi. O, qısa müddət ərzində Qarabağ bölgəsindən toplanmış materiallar əsasında işıq üzü görmüş üç cildlik «Qarabağ folkloru»nun elmi-ədəbi ictimaiyyətə çatdırılmasını institutun son uyğurlarından biri kimi diqqətə çatdırdı və əlavə etdi ki, bu istiqamətdə görəcəyimiz işlər hələ çoxdur.


M.Kazımoğlu çıxışının sonunda folklor İnstitutunun toplayıb nəşr etdirdiyi üç cildlik «Qarabağ folkloru»nu, başqa kitabları və müxtəlif dövrün aşıqlarını bir araya gətirən musiqi albomunu Şamaxı RİH başçısının I müavini Q.Qasımova hədiyyə edərək bu konfransın keçirilməsinə istiqanlı münasibət göstərən rayon rəhbəri Asif Ağayevə də təşəkkürünü bildirdi.


Konfransın plenar iclasında AMEA-nın müxbir üzvi, Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı Filialının direktoru, f.ü.f.d. Tünzalə Yusifova, BDU-nun professoru, görkəmli folklorşünas Qara Namazov, f.ü.e.d., Şirvan folklorunun toplanıb nəşr olunmasında və araşdırılmasında xüsusi xidmətləri olan Seyfəddin Qəniyev, prof. Füzuli Bayat, təşkilati işlərdə yaxından iştirak edən f.ü.f.d. Qalib Sayılov da çıxış edərək milli-etnik dəyərlər sistemində folklorun məxsusi yeri barədə maraqlı fikirlər söylədilər. Sonra konfrans öz işini – “Əzizə Cəfərzadə” və “İsrafil Abbaslı” bölmələrində davam etdirdi.


F.ü.e.d., professor Füzuli Bayat və f.ü.f.d., dosent Ağaverdi Xəlilin sədrlik etdiyi bölmələrdə folklorun toplanması və sistemləşdirilməsi mövzusunda iyirmidən artıq məruzə dinlənildi.
Sonda görkəmli folkloşünas, tərcüməçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev belə tədbirlərin milli-mənəvi əhəmiyyətindən danışaraq folklorla bağlı konfrans və simpoziumların əslində regionlarda keçirilməsinin daha effektiv olduğunu vurğuladı – “Çünki folklor özü regional hadisədir” – söylədi.


Beləliklə, Şamaxıda – qədim Şirvan torpağında keçirilən folklor konfransı öz işini uğurla başa vrudu.
Muxtar Kazımoğlu rəhbərlik etdiyi elmi müəssisənin və öz adından bütün qonaqlara, çıxışçılara və təşkilatçılara səmimi minnətdarlığını bildirdi, məruzəçilərə təşəkkür bəlgələrini təqdim etdi.

A.Cəmil

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.