Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

30.4.2013

ƏMƏKDAŞLARIMIZ TÜRKMƏNİSTANDA OLUB

Türkmənistan bu il Novruz bayramını çox böyük təntənə ilə qeyd edirdi. İki tədbir – ölkə səviyyəsində qeyd edilən Novruz şənliyi ilə, Türkmənistan Elmlər Akademiyası Tarix və Etnoqrafiya İnstitutlarının təşkil etdiyi “Novruz sülhün və insanlığın bayramı” adlı elmi simpozium bərabər keçirildi.
Bayram şənliklərinə Rusiya, Çin, Skandinaviya, Misir, Özbəkistan, Yaponiya, Kanada, Ukrayna, Əfqanıstan, Pakistan, Azərbaycan və s. ölkələrin alimlərilə yanaşı, 11 ölkənin – Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Tacikistan respublikaları, RF Tatarıstan Respublikasının prezidentləri dəvət edilmişdir. Lakin Pakistan, Əfqanıstan, Tacikistan, İran ölkələrinin prezidentləri bayram şənliyinə gəlsə də, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan ölkələrinin prezidentləri nümayəndələrini göndərmişdi.
Beynəlxalq “Novruz – sülh və insanpərvərlik bayramı”nın açılış toplantısı on bir ölkə prezidentinin iştirakı ilə möhtəşəm “Ruhiyyat” sarayında olmuşdur. Daha sonra iştirakçılar Novruz şənliklərinin keçirildiyi Yaylaya yollanmışlar. Şəhər kənarında geniş və gözəl bir məkan olan Yaylada türkmənlər vacib tədbirlərini keçirirlər. Qonaqları yol boyu əllərində gül, çiçək tutmuş türkmən gəncləri və yeniyetmələri salamlayıb. Daha sonra Türkmənistan prezidenti qonaqları “öz çadırı”nda nahar yeməyinə dəvət edib. Yemək yedikləri müddətdə 11 ölkənin artistləri öz adət-ənənlərini, milli musiqilərini nümayiş etdirmişlər.


Tədbirdə elmi simpozium paralel olaraq üç bölmədə keçirilmişdir. Simpoziumun birinci bölməsi Xarici İşlər Nazirliyinin Xarici Əlaqələr üzrə İnstitutunda, ikinci bölməsi Türkmənistan İncəsənət İnstitutunda, üçüncü bölmə isə Türkmənistanın böyük məclislər zalında keçirilmişdir. Bir çox ölkədən alimlərin iştirak etdiyi bu tədbirdə Azərbaycandan Etnoqrafiya İnstitutunun əməkdaşları Pirağa İsmayılzadə, Rafiq Səfərov, Bakı Dövlət Universitetinin əməkdaşları Vaqif Sultanlı, Məhəmməd Məmmədov, Əmir Qasımlı, iştirak etmişdir.
AMEA Folklor İnstitundan “Mərasim folkloru” şöbəsinin müdiri Ağaverdi Xəlilov, “Dünya xalqlarının arxaik ritual kontekstində mərasim tonqalının tipoloji xüsusiyyətləri” mövuzunda, doktorant Aynur Qəzənfər qızı “Novruz qədim ümumtürk bayramı kimi” mövzusunda məruzə etmişdir.
Sonda bunu da qeyd edək ki, Türkmənistan televiziyalarının da bu tədbirə marağı böyük idi. Tədbir boyunca iştirakçılardan müsahibə götürərək onların münasibətlərini öyrənməyə çalışmışlar.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.