Folklor İnstitutunun əməkdaşı elmlər doktoru elmi dərəcəsinə layiq görülüb
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23.06.2023-cü il tarixli qərarı ilə AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Oruc Əliyevə 5719.01 – Folklorşünaslıq ixtisasında filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.


|