Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.06.2023

Akademik Muxtar İmanov Naxçıvan Dövlət Universitetində keçirilən tədbirlərdə iştirak edib

AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov 20 iyun 2023-cü il tarixində Naxçıvan Dövlət Universitetində bu ali təhsil ocağının təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan elmi” adlı konfransda və akademik Kamal Abdulla ilə AMEA-nın müxbir üzvü Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimat mərasimində iştirak edib.
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfransda akademik Muxtar İmanov Heydər Əliyevin elm siyasəti, Azərbaycan elminin nüfuzunun yüksəldilməsi istiqamətindəki fəaliyyəti, savadlı və işgüzar gənc nəslin yetişməsində rolu kimi məsələlərdən bəhs edib. Akademik bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elmin, təhsilin inkişafı həmişə ön planda olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan bir çox elm sahələri kimi folklorşünaslığa da münasibət müsbət mənada dəyişib və indi bu münasibətin nəticəsi kimi AMEA-nın Folklor İnstitutu fəaliyyət göstərir.

Konfransdan sonra akademik Muxtar İmanov Naxçıvan Dövlət Universitetində keçirilən digər tədbirdə – akademik Kamal Abdulla ilə AMEA-nın müxbir üzvü Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimat mərasimində iştirak edib. Mərasimdə akademik Kamal Abdulla, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Naxçıvan Dövlət Universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Azərbaycan Dövlət Pedaqoji  Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov və başqa görkəmli alim və pedaqoqlar çıxış ediblər.

AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov öz çıxışında dahi alimimiz Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsinin dünya üçün əhəmiyyətindən söhbət açıb. O, Lütfi Zadə nəzəriyyəsinin geniş əhatəliliyinə toxunaraq bildirib ki, kitabı oxuyandan sonra bir daha aydın oldu ki, bu nəzəriyyənin arealı nə qədər genişdir və nə qədər böyük tədqiqata açıq olan mövzudur. Bu, indiyə qədər araşdırılmış əsərlərə yenidən baxmaq imkanı yaradan bir kitabdır. Lütfi Zadə nəzəriyyəsinin bütün rənglərə açıq olması “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabını oxuyarkən bir daha bəlli olur. Kitabda “Dədə Qorqud” boylarında verilən hadisələrə maraqlı baxış ortaya qoyulub və nəzəriyyə ilə güclü əlaqələndirmə aparılıb. Hadisələrə qeyri-səlis məntiqlə yanaşanda məlum olur ki, ən ideal qəhrəmanlar, hətta Tanrı obrazının özündə də müəyyən cizgilər olmaq şərtilə yuxarıdan aşağıya, orta dünyaya doğru istiqamət var, – deyə akademik qeyd edib. Kitab təqdimatından sonra, Naxçıvan Dövlət Universiteti ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Müqavilədə birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, elmi-tədqiqat məlumatlarının və texniki materialların mübadiləsini reallaşdırmaqla bərabər, akademik heyətin mübadiləsini təşkil etmək, konqres, konfrans, simpozium, seminar və digər birgə elmi yığıncaqlar təşkil etmək, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiyaların və məhsulların tətbiqi üçün şərait yaratmaq məsələləri öz əksini tapıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.