Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.06.2023

Folklor İnstitutunun əməkdaşı Monqolustan Parlamentində çıxış edib

12-14 iyun 2023-cü il tarixlərində Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “Gender və dayanıqlılıq” mövzusunda Trans-Altay Dayanıqlılıq Dialoqu keçirilib. Monqolustan Parlamentində (Böyük Xalq Xuralı) keçirilən Beynəlxalq Forum Ban Ki-moon “Daha gözəl gələcək vəqfi”, ABŞ Stanford Universiteti və Cənubi Koreya Respublikasının İhva Qadın Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Trans-Altay Dayanıqlılıq Dialoqu Böyük Xural başqanı Gombojav Zandanshatar, Koreya Respublikasının parlament spikeri Kim Young-joo, Asiya-Pasifik Araşdırma Mərkəzinin direktoru Valter H.Shorenstein, Stanford Universiteti Elmi şurasının sədri Gi-Vook Shin və BMT-nin 8-ci Baş katibi Ban Ki-moonun çıxış nitqləri ilə açıq elan olunub. Tədbir “Trans-Altay tədqiqatları üzrə beynəlxalq perspektivlər”, “Qadınların səlahiyyətlərinin artırılması və liderliyi”, “Əmək bazarında gender bərabərliyi”, “Təhsil və təlimdə gender bərabərliyi”, “Gender əsaslı zorakılıq və insan hüquqları”, “Gender bərabərliyi və davamlı inkişaf” adlı panel iclasları ilə davam edib.
Monqolustan Parlamentində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, institutun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Aydın qızı İbrahimova da çıxış edib. Əməkdaşımız “Trans-Altay tədqiqatları üzrə beynəlxalq perspektivlər” panelində Monqolustanın Parlament sədri Gombjav Zandanshatar, Monqolustanın sabiq prezidenti Enkhbayar Namba, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və akademik ictimaiyyətin tanınmış nümayəndələri ilə birlikdə çıxış edib. A.İbrahimova “Gender problemi “Koroğlu” dastanları kontekstində” başlıqlı məruzəsində cəmiyyətimizdə prioritet olan gender münasibətlərinin dastanda qorunmasından, qadına münasibətin ən ali formasının yaradılmasından, təsvir olunan qadın obrazlarının mövqeyindən, onların öz mübarizliyi ilə yüksəlişi izləməyə imkan verməsindən danışıb. Əcdadlarımızın silinməz izlərini daşıyan Altayın Türk dünyasındakı yerindən bəhs edən əməkdaşımız xalqlarımız arasındakı münasibətlərin möhkəmlənməsinə və müştərək dəyərlərə yenidən işıq salacağına inanaraq, ortaq dastanlarımızın yenidən tədqiqata alınmasına böyük ehtiyac olduğunu qeyd edib.
İyunun 14-də keçirilən mədəni tədbirlər çərçivəsində iştirakçılar üçün Terelj Milli Parkına təbiət gəzintisi təşkil edilib, ənənəvi xalq mahnıları ifa olunub, şaman göstəriləri, köçəri mədəniyyətin adət və ənənələri, monqol milli güləşi, milli oxatma, at yarışı və yarış qaliblərinin mükafatlandırılması mərasimi nümayiş etdirilib və tədbir bağlanış mərasimi ilə yekunlaşıb.

Qeyd edək ki, hər il Asiyada keçirilən Trans-Pasifik Dayanıqlılıq Dialoqunun subregional tədbiri olan Trans-Altay Dayanıqlılıq Dialoqu dayanıqlı inkişaf gündəliyinə töhfə vermək məqsədi daşıyır. Dialoqda Trans-Altay bölgəsinin mədəniyyəti, tarixi və adət-ənənələri müzakirə olunaraq gələcək ortaq əməkdaşlığa hədəflənir.

 

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.