Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
26.05.2023

Qırğızıstanın Oş şəhərində keçirilən
VII Dünya Xalqlarının Eposları Festivalında erməni təxribatı baş tutmadı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 17-20 may 2023-cü il tarixlərində Qırğızıstanın Oş şəhərində VII Dünya Xalqlarının Eposları Festivalı və “Söyləyicilərin zaman və məkanla bağlı mətni” mövzusunda elmi-praktik simpozium keçirilib. Simpoziumda Azərbaycanı AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı təmsil edib. Ümumilikdə simpoziumda 20-dən çox ölkədən, o cümlədən, Türkiyə, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, İran, Yaponiya, Fransa, Estoniya və Tacikistandan 60-a yaxın alim maraqlı və orijinal məruzələrlə çıxış ediblər.

Simpoziumun açılış mərasimində Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanəliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Mirbek Karıbayev, Oş Dövlət Universitetinin rektoru Kudaiberdi Kojobekov çıxış ediblər.
Qeyd edək ki, həmin tədbirdə Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmilin “Manas” dastanı türk əfsanələri ənənəsində” kitabının təqdimatı da keçirilib. Təqdimatla bağlı tanınmış türkoloq, tarix elmləri doktoru Süleyman Kayıpov və filologiya elmləri doktoru, professor Ramazan Qafarlı çıxış edərək, Adil Cəmilin tədqiqat işini “Manas” dastanına yeni və maraqlı baxış kimi dəyərləndiriblər.
Dünya Bankının maliyyə dəstəyi ilə artıq yeddinci dəfə təşkil olunan Dünya Xalqlarının Eposları Festivalında və eləcə də simpoziumda Ermənistan Respublikasının nümayəndələri də iştirak etmiş və hər məsələdə olduğu kimi burada da təxribat törətməyə çalışmışlar. Belə ki, ilkin proqramda onların bir nümayəndəsinin təxribat xarakterli məruzəsinin olduğunu görən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi azərbaycanlı nümayəndəyə – professor Ramazan Qafarlıya müraciət etmiş və bu məruzəyə rəy verməsini xahiş etmişlər.
Erməni tədqiqatçı Samvel Ramazyanın «Изучение Армянской версии эпоса «Кероглы» на основании рукописных источников и записанных сказаний» (“Koroğlu” eposunun erməni versiyasının əlyazma mənbələr və yazıya alınmış rəvayətlər əsasında tədqiqi”) mövzusunda edəcəyi məruzədə belə bir fikir irəli sürülmüşdür ki, guya “Koroğlu” eposunun qərb və şərq versiyalarının bir-birindən tipoloji fərqi ondadır ki, qərb versiyası (o cümlədən erməni) İran əyaləti olan Azərbaycanda (Aturpatakan) yazıya alınıb və 1842-ci ildə A.Xodzko tərəfindən ingilis dilində nəşr edilib. Onun qənaətlərindən belə alınır ki, “Koroğlu” fars dastanıdır və onun əsasını erməni versiyası təşkil edib.
Professor Ramazan Qafarlı öz rəyində bildirib ki, ilk olaraq eposun adı hər şeyi aydın bildirir və kimə məxsusluğu mübahisə obyekti ola bilməz. Hayların, ümumiyyətlə, “Koroğlu” eposu ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq tarixi amplualarına uyğun şəkildə mədəniyyətimizin digər nümunələrini oğurlayıb mənimsəməyə can atdıqları kimi, dünyanın iyirmiyədək xalqı arasında yayılmış (dünyada belə geniş arealda yayılan ikinci xalq dastanı yoxdur) türk eposuna da sahib çıxmaq istəmişlər. “Koroğlu”nun Xodzko tərəfindən yazıya alınmış variantı da azərbaycanlılardan Azərbaycan dilində toplanıb, sonra farscaya, fars dilindən də ingilis və digər dillərə tərcümə olunub. Əgər araşdırma müəllifi savadlı olsaydı, bilməli idi ki, Xodzko özü dastanın azərbaycanlılara (və türk xalqlarına) məxsus olduğunu yazıb və hətta onu farslara qarşı döyüşən elatların epik əsəri kimi dəyərləndirib. R.Qafarlı erməni alimlərə sual verir: əgər onların yazdıqları kimi, “Koroğlu” eposundakı qəhrəmanlıq ruhunu ermənilər və farslar yaradıb-yaşadıblarsa, onda 44 günlük İkinci Qarabağ savaşında niyə 150-200 Azərbaycan Yaşmasının qabağından 2000-dən çox təpədən-dırnağa silahlı dığa ancaq unitazları götürüb qaçdı?.. Onları Qarabağdan iti qovan kimi kimlər qovdu? İkincisi, azərbaycanlı alim bildirib ki, ermənilərin indi məskun olduğu Zəngəzur da, İrəvan da, Göyçə də, Dərələyəz də Azərbaycan torpağıdır, Azər­baycan xalqının dədə-baba yurdudur. Koroğlunun törəmələri yaxın gələcəkdə əvvəl Xankəndini, Xocalını, sonra da İrəvanı, bütün Qərbi Azərbaycanı işğaldan azad edəcəklər.
Simpoziumun təşkilat komitəsi bu rəydən sonra ermənilərə təklif etmişdir ki, məruzənin adını dəyişsinlər. Beləliklə, proqramın son və əsas variantında “Koroğlu” ifadəsi məruzənin adından çıxardılmış və bu şəkildə verilmişdir:
Самвел Рамазян, к.ф.н., Институт археологии и этнографии Национальной академии наук Республики Армения – «Изучение эпосов на основании рукописных источников и записанных сказаний». Lakin daha maraqlısı odur ki, Ermənistandan simpoziuma qatılan dörd məruzəçi filologiya elmləri doktoru, professor Ramazan Qafarlının moderator olduğu bölmədə çıxış edəcəklərini bildikdə, ölkələrindəki qarışıqlığı bəhanə gətirərək canlı şəkildə iştirakdan imtina etmiş, lakin sonra miskin və qorxaq olduqlarını bir daha nümayiş etdirərək simpoziuma onlayn da qoşulmamışlar.

 

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.