Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
16.05.2023

Professor Cəlal Qasımovun xatirəsinə həsr olunmuş “Alim ömrünün işığında” filminin təqdimatı keçirilib

16 may 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə tanınmış alim, filologiya elmləri doktoru, professor Cəlal Qasımovun xatirəsinə həsr olunmuş “Alim ömrünün işığında” filminin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev açıb. O, tədbir iştirakçılarını salamlayaraq əsərlərini milli yaddaşımızın oyanışına həsr etmiş professor Cəlal Qasımovun bütün nəsillərə örnək ola biləcək şəxsiyyət olduğunu vurğulayıb. Sonra Folklor studiyasının hazırladığı “Alim ömrünün işığında” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış üçün söz AMEA Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimliyə verilib. Akademik professor Cəlal Qasımovu təkrarsız bir şəxsiyyət adlandırıb. O, filmin məhz “Heydər Əliyev İli”ndə çəkilib göstərilməsinin çox böyük rəmzi məna daşıdığını qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin silahdaşlarından olan, onun azərbaycançılıq ideyasını daşıyıb inkişaf etdirən, bu ideyaya böyük elmi əsərlər həsr edən bir alim haqqında filmin çəkilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı Seymur Şeydayev, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylı, Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd də çıxış edərək dəyərli alim, təvazökar və xeyirxah insan Cəlal Qasımovla bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış üçün söz AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanova verilib. Akademik bildirib ki, professor Cəlal Qasımov öz güclü şəxsiyyətini yazısına gətirən, üsluba, əqidəyə, konsepsiyaya çevirə bilən nadir tədqiqatçılardandır. Cəlal Qasımovun qələmindən çıxan, böyük vətəndaşlıq yanğısının məhsulu olan elmi əsərlər zaman keçdikcə dəyərini artıracaq, onun elmi irsi həmişə yaşayacaq.

Tədbirin sonunda professor Cəlal Qasımovun oğlu Fuad Qasımov çıxış edərək AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, filmin layihə rəhbəri, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanova, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevə, filmin ssenari müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovaya, Folklor studiyasının bütün əməkdaşlarına və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.