Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
03.03.2023

“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda elmi konfrans keçirilib

03 mart 2023-cü il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda elmi konfrans keçirilib. Konfransı Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq Kamran Əliyevin çoxşaxəli yaradıcılıq yolundan danışıb. O vurğulayıb ki, XX əsr Azərbaycan romantizminin estetik mahiyyətini realizmlə qarşılıqlı əlaqə və müqayisədə öyrənən Kamran Əliyevin elmi əsərləri ədəbiyyatşünaslıq və ədəbi tənqidimizin real elmi mənzərəsini əks etdirir. Akademik Muxtar İmanov ədəbiyyat tarixçiliyi və ədəbi tənqid sahəsində görkəmli mütəxəssis kimi tanınan Kamran Əliyevin folklorşünaslıq fəaliyyətindən də  bəhs edib.

Sonra söz AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə verilib. O qeyd edib ki, ədəbiyyatşünaslıq sahəsində bir neçə istiqamətdə mühüm elmi problemlərin işlənib hazırlanması və həllində Kamran Əliyevin özünəməxsus xidmətləri var. Romantizm nəzəriyyəsinin banisi Məmmədcəfər Cəfərovdan sonra Kamran Əliyev bu nəzəriyyəni inkişaf etdirərək, yeni elmi-nəzəri müddəalarla zənginləşdirib. Akademik bildirib ki, XX əsrdə yaşayıb-yaratmış romantik sənətkarların bədii əsərlərinin poetikasını tədqiqat obyektinə çevirən K.Əliyev müstəqillik dövrü folklorşünaslıq elminin inkişafına da öz töhfəsini  verib.

Akademikin giriş nitqindən sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Romantizmin nəzəri-estetik problemləri Kamran Əliyevin nəzəri şərhində” adlı məruzəsi dinlənilib. Məruzədə Kamran Əliyevin romantik ədəbiyyatın poetikasını araşdırması, estetik prinsiplərini, sənət ideallarını geniş şərh etməsi, romantik sənətkarların estetik baxışlarını onların elmi-nəzəri fikirləri və bədii nümunələri əsasında təhlil etməsindən bəhs olunub.

Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Romantiklərin Kamran Əliyevin qələmi ilə çözülən “gizli sözü” adlı məruzəsində vurğulayıb ki, alim Azərbaycan romantiklərinin yaradıcılığında simvolların semantika və funksiyası üzərində apardığı araşdırmalarla mühüm elmi nəticələr əldə edib.

Daha sonra Əbəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nizami Tağısoyun “Kamran Əliyevin elmi yaradıcılığında ədəbiyyatşünaslıq və ədəbi tənqid” adlı məruzəsi dinlənilib. O, Kamran Əliyevin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri M.F.Axundzadə, H.Cavid, C.Məmməddquluzadə, M.Ə.Sabir, A.Şaiq, M.Hadi, C.Cabbarlı, S.Vurğun, R.Rza və başqa şair və yazıçılarla bağlı elmi-nə­zəri baxışlarından bəhs edib.

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil “Kamran Əliyevin folklorşünaslıq fəaliyyəti” adlı məruzəsində alimin “Epo­sun poetikası: “Dədə Qorqud” və “Koroğlu”, “Çağdaş folk­lor­şü­nas­lığın problemləri”, “Açıq kitab – “Dədə Qorqud” kimi fundamental əsərlərindən, etnopoetika məsələsi ilə bağlı fikirlərindən danışıb.

Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova “Kamran Əliyevin elmi-bədii irsi: təqdimatdan konsepsiyaya” mövzusunda məruzə edərək Kamran Əliyevin elmi əsərlərində romantizmin poetikası məsələlərinin – romantik qəhrəman konsepsiyası, əsərlərdə mövqe və xarakter, təbiət və mifoloji obraz səciyyəviliyi və s. problemlərin XX əsr Azərbaycan romantiklərinin bədii yaradıcılıq və ədəbi-nəzəri görüşləri ilə birlikdə araşdırmalara cəlb olunduğunu diqqətə çatdırıb.

Sonra çıxış üçün söz alan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Kamran Əliyev haqqında xatirələrini bölüşüb.

Daha sonra professor Kamran Əliyevin həyat yoldaşı Tünzalə Aşurova çıxış edərək konfransın təşkil olunmasına görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanova və bütün konfrans iştirakçılarına dərin təşəkkürünü bildirib.

Açılış toplantısından sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmələrdə professor Kamran Əliyevin elmi və bədii yaradıcılığına həsr olunmuş, eləcə də onunla bağlı xatirələri əks etdirən məruzələr dinlənilib.

Sonra konfrans iştirakçıları alimin II Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Qeyd edək ki, elmi konfransın materialları çap olunub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.