AMEA Folklor İnstitutu
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin anadan olmasının
70 illiyinə həsr olunmuş
“KAMRAN ƏLİYEV: TANINMIŞ ƏDƏBİYYATŞÜNAS, UNUDULMAZ İNSAN”mövzusunda Elmi Konfrans
(Bakı şəhəri, 3 mart 2023-cü il)

Tanınmış ədəbiyyatşünas və folklorşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran İmran oğlu Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969-cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsilini başa vuraraq, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur.
1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən Kamran Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır. 1976-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirmişdir. 1980-ci ildə “XX əsr Аzərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri (1905-1917-ci illər)” mövzusunda namizədlik, 1990-cı ildə “XX əsr Azərbaycan romantizminin obrazlar sistemi” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2010-cu ildə professor elmi adını almışdır. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Görkəmli alim 1979-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən ömrünün sonunadək Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan ədəbiyyatının, xüsusən də folklorşünaslığın ən mühüm problemlərinin öyrənilməsində müstəsna xidmətləri olan alim 25 kitab və 10 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. Onun “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri”, “Sədərək döyüşləri”, “Hüseyn Cavidin şəxsiyyəti və poetikası”, “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”, “Cavid möcüzəsi”, “Azərbaycan romantizminin poetikası”, “Azərbaycan romantizminin nəzəriyyəsi”, “Hüseyn Cavid: həyatı və yaradıcılığı”, “Abbas Zamanov olmasaydı”, “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”, “Tənqidin poetikası”, “Ədəbiyyat tarixinə bir baxış”, “Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar”, “Çağdaş folklorşünaslığın problemləri”, “Açıq kitab – “Dədə Qorqud” əsərləri xüsusi əhəmiyyət kəsb edir. “Açıq kitab – “Dədə Qorqud” monoqrafiyası Türkiyədə və İranda türk və fars dillərində çap olunmuşdur. 2018-2019-cu illərdə seçilmiş əsərlərinin 10 cildliyi nəşr edilmişdir.
Şərəfli və məhsuldar bir ömür yaşamış Kamran Əliyev 2020-ci il dekabr ayının 23-də ömrünün 67-ci ilində dünyasını dəyişmişdir. AMEA Folklor İnstitutu bu il anadan olmasının 70 illiyi tamam olan görkəmli ziyalımıza ehtiram əlaməti olaraq “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda Elmi Konfrans keçirməyi planlaşdırır. Sizi Kamran Əliyevin ədəbiyyatşünas, tənqidçi, folklorşünas, yazıçı fəaliyyətinin tədqiqi mövzularında, həmçinin böyük alimlə bağlı xatirələri əks etdirən məruzələrlə konfransda iştiraka dəvət edirik.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun baş direktoru
Elmi heyət (əlifba sırası ilə):
Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Əziz Ələkbərli – Fil.e.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiriİlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Katib:
Gülnar Osmanova – fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
MÜHÜM TARİXLƏR:
• Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 24 fevral 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 25 fevral 2023-cü il tarixində elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 3 mart 2023-cü il tarixində gerçəkləşdiriləcəkdir.
|