“Azərbaycan bayatıları” kitabı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Azərbaycan bayatıları” adlı kitab işıq üzü görüb. Kitabda bu günədək xalq arasından toplanmış və müxtəlif toplularda çap olunan, eləcə də müxtəlif mərasimlərdə, məclislərdə və xalq həyatında ifa olunan bayatılar verilib. “Azərbaycan bayatıları” kitabı kütləvi nəşr prinsiplərinə uyğun hazırlanıb. “Elm və təhsil” nəşriyyatında çap olunan 316 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçisi və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova), redaktoru isə filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir. |