Əməkdaşımız Fəxri fərmanla təltif olunub
01 Fevral 2023-cü il tarixində Yasamal rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib. Tədbirdə əməkdaşımız, YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Nigar İmaməliyeva Yasamal rayonunda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə və 2 Fevral – Azərbaycan Gəncləri günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2023-cü il 54 nömrəli Sərəncamı ilə Fəxri fərmanla təltif olunub.




|