Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 


“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III Beynəlxalq Elmi konfrans başa çatdı

2 may 2012-ci il tarixdə Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans öz işinə başladı.
Öncə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev açdı. Konfransın beynəlxalq əhəmiyyətini qeyd edərək, onun ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunduğunu bildirdi.
Kamal Abdullayev konfransın Azərbaycanşünaslıq ideyalarının elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin univesitetlərində fəaliyyət göstərən Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, Azərbaycanşünaslığın inkişafı, təbliği və tədqiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların bir yerə toplanması və Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında bu insanların elmi potensialı, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunduğunu qeyd etdi.
Eləcə də konfransın açılışında iştirak edən AR təhsil nazirinin müavini, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, Yunanıstanın Azərbaycandakı səfiri İ.Metaksas, Ukrayna Respublikasının Azərbaycandakı səfiri A.Mişenko, Moskva Dövlət Linqvistik Universitetinin professoru A.Bondarev, Türkiyənin Balıkesir Universitetinin professoru Ali Duymaz, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor G.Baxşəliyeva, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə və başqaları konfransın keçirilməsinin önəmini qeyd etdilər, onun işinə uğurlar arzuladılar.


Xatırladaq Konfransda Rusiya, Ukrayna, Türkiyə, Çexiya, Qazaxıstan, Almaniya, Gürcüstan, Litva, İran, Misir, Polşa da daxil olmaqla dünyanın 11 ölkəsindən elm xadimləri iştirak edir. Ümumiyyətlə, konfransda təmsil olunmaq üçün 46 xarici ölkədən 200-dən çox mütəxəssis məqalə göndərmişdir. Ölkəmizi isə bu beynəlxalq toplantıda AMEA-nın Folklor İnstitutu, İ.Nəsimi adına Dilçilik İnstitutu, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Tarix İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, İqtisadiyyat İnstitutu, AMEA-nın Naxçıvan bölməsi, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər İnstitutu, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Biznes Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Özəl Universitetinin nümayəndələri təmsil edirdi.
May ayının 2-də konfrans çərçivəsində müasir rus yazıçısı B.T.Yevseyevin BSU-nun Filologiya fakültəsinin tələbləri üçün ustad dərsləri və Rusiyanın tanınmış tənqidçi, yazıçı, publisist və ədəbiyyatşünası L.A.Aninskinin Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat laboratoriyasında həyata keçirilən “Filoloqun kitabxanası - 100” layihəsi çərçivəsində tərcümə olunmuş “Ceviz ləpəsi” («Ядро ореха») kitabının təqdimat mərasimi oldu. Professor M.Qocayev və yazıçı E.Başkeçidin tərcümə etdikləri kitabı iştirakçılara B.T.Yevseyev təqdim etdi. Mərasimdə bir sıra tanınmış şəxslərlə yanaşı, Milli Məclisin deputatı Elmira Axundova da iştirak edirdi.
3 may tarixində konfrans öz işini Novxanı qəsəbəsində yerləşən “Akva-Park” otelində davam etdi. Konfransa xaricdən qatılmış qonaqların 4 may tarixində Şamaxı şəhərinə səfəri və Şamaxıda yerləşən Heydər Əliyev Muzeyi, Diyarşünaslıq muzeyi, M.Ə.Sabirin ev muzeyi, Astrofizika Rəsədxanası və başqa görməli yerlərlə tanışlığı oldu.
4 mayda konfrans öz işini 6 bölmədə - “Heydər Əliyev və azərbaycançılıq ideyası”, “Dilçiliyin aktual problemləri”, “Ədəbiyyatşünaslığın aktual problemləri”, “Fəlsəfə və mədəniyyətşünaslığın aktual problemləri”, “Beynəlxalq münasibətlər”, “Tarix, iqtisadiyyat və hüquq” –
davam etdirdi.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.