Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.04.2022

Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu,

Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı

və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının

birgə təşkilatçılığı ilə

Aşıq Şəmşir və S.Vurğunun xatirəsinə həsr edilmiş

"Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda

Beynəlxalq Elmi Konfrans

 

(Qazax şəhəri, 13 May 2022)

 

Azərbaycan aşıq ədəbiyyatını inkişaf etdirən, onu mövzu və janr baxımından zənginləşdirən, aşıq sənətinin yüksək zirvəyə qalxmasında xüsusi xidmətləri olan sənətkarlarımız arasında Aşıq Şəmşirin özünəməxsus yeri vardır. Ustadın özündən sonra da yetirmələri onun bu missiyasını davam etdirmiş və nəticədə Azərbaycan aşıq ədəbiyyatında zəngin poetik irs ərsəyə gəlmişdir.

Aşıq Şəmşirin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği sahəsində mühüm işlər görülmüşdür. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir 9 dekabr 1963-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1973-cü ildə  Ümummilli lider Heydər Əliyevin  imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, görkəmli sənətkar 14 mart 1973-cü ildə  Şərəf nişanı ordeni  ilə təltif edilmişdir. 1980-ci ildə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş və orada büstü ucaldılmışdır.

2010-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı fəaliyyətə başladı. 2015-cı ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı UNESCO-da məsləhətçi statusu qazandı.

Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır. Gələn il Aşıq Şəmşirin anadan olmasının 130 illik yubileyidir. Bu konfrans sənətkarın yubileyinə hazırlıq kimi də qeyd edilə bilər.

Səməd Vurğun xalqın yaddaşında təkcə ilhamlı şair, görkəmli ədəbiyyat adamı deyil, həm də xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi əbədiləşib. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Səməd Vurğunun müstəsna xidmətləri olub.

Səməd Vurğunun Azərbaycan ədəbiyyatının bir parçası olan Kəlbəcər ədəbi mühitinin inkişafına da xüsusi təsiri olub. Ölməz şairin ötən əsrin 50-ci illərində Kəlbəcərə-İstisuya məşhur səfəri və buranın saz-söz adamları ilə unudulmaz görüşləri bölgənin ədəbi mühitində yeni bir səhifə açdı.

Kəlbəcərin cənnət misal bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində şairin Aşıq Şəmşirlə görüşü təşkil edilir. İlk dəfə Səməd Vurğunla üzbəüz görüşən Aşıq Şəmşir kəlbəcərlilərin adından böyük şairə şeirlə xoş gəldin eləyir:

Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!

Səməd Vurğun və Aşıq Şəmşir dostluğu Qazax–Kəlbəcər ədəbi-mədəni əlaqələrini bir daha möhkəmləndirir, hər iki ustadın görüşü, dostluğu dastana çevrilir.

Bildiyimiz kimi, Kəlbəcər 1993-cü il aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini öz dədə-baba yurdundan didərgin salınmışdı. Nəhayət, 44 günlük Vətən müharibəsindən sonra 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə g örkəmli sənətkarların Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətləri nəzərə alınaraq  "Aşıq sənəti və yazılı ədəbiyyat"   mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilməsi planlaşdırılmışdır. Konfrans üz-üzə və onlayn keçiriləcəkdir. Konfransın əsas məqsədlərindən biri də Kəlbəcərin işğaldan azad olmasının qeyd edilməsi ilə bağlıdır.

Sizi, Aşıq Şəmşirin, S.Vurğunun zəngin yaradıcılığını, ümumiyyətlə, aşıq sənəti və yazılı ədəbiyyatın müxtəlif istiqamətlərini əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

 

Rəcəb Babaşov -    Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Binali Yıldırım- Türk Devletleri Teşkilatı Aksakallar Heyeti Başkanı

Nizami Cəfərov -    Milli Məclisin üzvü, akademik

Muxtar Kazımoğlu-İmanov - AMEA Folklor İnstitutunun baş direktoru, akademik

Cavid Qurbanov -    "Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədri

Akın Levent -    Erzincan Binali Yıldırım Universitetinin rektoru, professor-Türkiyə

Cabbar İsankul - Özbekistan Bilimler Akademisi Əlişir Nəvai Dövlət Ədəbiyyat muzeyinin

müdiri, professor- Özbəkistan

Ali Kafkasyalı -    Erzincan Binali Yıldırım Universiteti, professor - Türkiyə

Abdulkadir Gül - Erzincan Binali Yıldırım Universiteti, professor - Türkiyə

Arif Rüstəmov - BDU Qazax filialının direktoru, dosent

Misgər Məmmədov - Azərbaycan Dillər Universiteti, dosent

 


Elmi heyət:

 

Əziz Ələkbərli - Milli Məclisin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent

Gülaya Həsənova -   Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri, fizika-riyyaziyyat elmləri namizədi

Afaq Ramazanova - AMEA Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru,

dosent

Seyfəddin Rzasoy -   AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor

Ramazan Qafarlı -   AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru

Əfzələddin Əsgər -   AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru

Ağaverdi Xəlil -   AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Rza Xəlilov -   AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Elçin Abbasov -   AMEA Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Elxan Məmmədli   -     AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru

Cabbar İsankul - Özbekistan Bilimler Akademisi Əlişir Nəvai Dövlət Ədəbiyyat muzeyinin

müdiri, professor- Özbəkistan

Kobulay Kolukırık - Kirşehir Ahi Evran Universiteti, Muzik bölümü başkanı, professor-Türkiyə

Feyzan Gövher -    N iğde Ömer Halisdemir Universiteti, professor- Türkiyə

Mahmud Kamaloğlu - Ukrayna-Gürcüstan Beynəlxalq Universiteti, professor

Nailə Rəhimbəyli- AMEA Folklor İnstitutunun şöbə müdiri, professor

Ali Asker -     Karabük Universiteti, professor.- Türkiyə

Həbib Misirov- YAP Kəlbəcər rayon təşkilatının sədri

Məmməd Yusifov - BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent

Dinara Aşimova- Abay Kazak Milli Pedaqoji Universiteti, Dr. -Qazaxstan

Adil Cəmil - Filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

Leyla Məmmədova - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent

Fidan Qasımova - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru,

dosent,

İlhamə Qəsəbova - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə

doktoru, dosent

İradə Arıxova - BDU Qazax filialının kafedra müdiri, filologiya elmləri namizədi

 

Sədr:             İlhamə Qəsəbova - AMEA Folklor İnstitutu, f.ü.f.dok. dos

Katiblik:     Jalə Mirzəyeva - BDU Qazax filialı, tələbə

                   Yetər Dünyamalıyeva - BDU Qazax filialı, tələbə

MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini  8 may  2022-ci il tarixi​nə​dək
[email protected] elektron poçt ünvanına göndərə bilərlər.

• Məruzələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə  10 may  2022-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.

• Konfrans  13 may  2022-ci il tarixində Qazax şəhərində  gerçəkləşdiriləcəkdir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  Özətlər 150-200 sözdən ibarət olmalıdır.

•  Məqalələr e-mail ilə göndərilməlidir.

•  Yazı: Microsoft Office Word, Kağız: A4. 

•  Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5 

•  Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı. 

•  Məruzə: 12 şrift ölçüdə. 

•  İnterval: 1,5.

•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda   “Qaynaqlar”   yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra   üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər   verilməlidir. Məruzə Azərbaycan türkcəsi və Türkiyə türkcəsində olacaq.

• Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.

• Konfrans haqqında məlumatı  www.folklor.az   səhifəsindən əldə etmək olar. 

• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 

•  Hər bir məruzəçi üçün maksimum 10 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 

•  Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.   

•  Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

• Konfransda iştirak etmək istəyənlər yol xərclərini öz vəsaitləri hesabına ödəməlidirlər. Qidalanma və otel xərci təşkilat komitəsi tərəfindən ödəniləcək.

Əlaqə nömrəsi: (99412) 4929314 - (994) 50 4281747

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.