Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

"Dədə Qorqud kitabı"nı nə qədər öyrənsək də həmişə sirlidir"

7 aprel 2012-ci ildə AMEA-nın Rəyasət Heyətinin iclas salonunda "Dədə Qorqud günü" keçirildi.
Tədbiri giriş sözüylə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açdı, institutun hər il ənənəvi olaraq keçirdiyi "Dədə Qorqud günü"nün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, 2015-ci ildə məşhur alman tədqiqatçısı Dits tərəfindən Qorqudşünaslığın əsasının qoyulmasının 200 ili tamam olacaq: "Dədə Qorqud həm şifahi, həm də yazılı ədəbiyyatımızın müqəddəs kitabıdır. Bu kitabı nə qədər öyrənsək, araşdırsaq da, yenə azdır, həmişə bizim üçün sirlidir".
Çağdaş dövrdə "Dədə Qorqud kitabı"nın özümüz tərəfindən yenidən öyrənilməsinin vacibliyini vurğulayan M.İmanov həm də bu əvəzsiz kitabın dünyaya yenidən təqdim olunmasının gərəkliyindən də söz açdı.

AMEA-nın Rəyasət Heyətinin akademik-katibi Kamal Abdulla çıxışında belə bir tədbirin keçirilməsini əlamətdar hadisə adlandırdı. O, bu yöndə Azərbaycanda gedən tədqiqatların avropalı tədqiqatçıların da diqqətini cəlb etdiyini bildirdi, ancaq tədqiqatların davamlı və daim yeniliklərlə zəngin olmasının gərəkliyini də vurğuladı.
AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Folklor İnstitutunda 2001-ci ildən ildən "Dədə Qorqud günü"nün keçirildiyini bildirdi: "Hər dəfə Qorqudşünaslıq mövzusunda 4-5 məqalə olur ki, bu da əlamətdar hadisədir".
Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Kamran Əliyev "Oğuz elinin keşikçisi Bəkil" adlı çıxışında dastandakı Bəkil obrazının özünəməxsus xüsusiyyətlərindən danışdı, ətraflı təhlillər verdi: "Ona aid boyda görürük ki, Bəkil xan və bəy titutuna malik deyil; o, xüsusi bir status-keşikçilik statusu qazanır".


"Bəkil" sözünün "bəkləyən" sözündən olduğunu vurğulayan tədqiqatçı adla bağlı digər mülahizələrə də aydınlıq gətirdi: "Bəkil dastanda çox geniş informasiyaya malik olan bir obrazdır".
ADPU-nun professoru Əzizxan Tanrıverdi “"Dədə Qorqud kitabı"nda at kultu" mövzusunda çıxışında atın qədim türkün həyatında oynadığı bənzərsiz roldan danışdı, qənaətlərini dastandan gətirdiyi misallarla aydınlaşdırdı, habelə başqa türk dastanlarına da müraciət etdi: "Türk at belində doğulub, döyüşüb, var olub. "Dədə Qorqud kitabı”nda atla bağlı sözlər çoxdur. At türkün yaddaşında qədimdən bəri varlığını qoruyub saxlamaqdadır. Atla bağlı sözlər ümumən dastanlarımızda kifayət qədərdir. Oğuzlar tarixən atı özlərinə çox doğma biliblər. Hətta eyni ad həm insan, həm də at adı kimi işlənib".
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Xəliyəddin Xəlilli "Dədə Qorqud oğuzlarının zamanı və həyat tərzi" adlı çıxışında sözügedən mövzuda olan qənaətləri ümumiləşdirdi, dastanın ruhunun islamdan çox öncəyə aid olduğunu bildirdi.


Təhsil Problemləri İnstitutunun əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev “"Dədə Qorqud kitabı”nın bəzi mübahisəli məqamları haqqında" adlı çıxışında "Dədə Qorqud"un bir neçə boyu özündə əks etdirən oğuznamələr toplusu" adlandırdı. O, dastanın Drezden nüsxəsinin katib tərəfindən köçürülən zaman yol verilən xətalarından da danışdı.
Bakı Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Seyran Əliyev "C.Luis "Dədə Qorqud kitabı" haqqında" mövzusunda çıxış etdi, "Qəhrəmanlıq dastanlarını yaratmaq hər xalqa nəsib olmur"-dedi.
Sonra çıxışlarla bağlı suallar oldu. Nizami Muradoğlu, Elxan Məmmədli, Ağaverdi Xəlil, Adil Cəmil və başqaları çıxışlara münasibətlərini bildirdilər.
Kamal Abdulla "Dədə Qorqud günü"nü ciddi elmi hadisə kimi dəyərləndirdi. O, "Dədə Qorqud dastanı"nın türkoloqlarla yanaşı, artıq germanşünaslar tərəfindən də ardıcıl araşdırıldığını bildirdi.
Tədbirdən sonra Folklor İnstitutunda “İrs” folklor ansamblı üzvlərinin “Dədə Qorqud kitabı”nın məzmununu özündə daşıyan ifaları oldu.

www.folklorinstitutu.com

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.