Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
15.02.2022

Tacir Səmimi: ”NİZAMİ MURADOGLU HƏMİŞƏ XATIRLANACAQ”

İş yoldaşlarımdan Nizami Muradoğlu ilə yaxşı münasibətim vardı. Bəli, Nizami müəllimlə ünsiyyətim alınırdı. O, filologiya elmlər doktoru, dosentdi, aramında cəmi bir yaş fərqi vardı, yəni məndən bir yaş böyükdü. Məhsuldar alimdi, 20 kitabı, yüzdən çox məqaləsi işıq üzü görmüşdü. Üstəlik, Nizami müəllimin bədii əsərləri də vardı. Hərdən bir söz düşəndə ona zarafatla deyirdim:

– Nizamı müəllim, alim Nizami şair-yazıçı Nizamini üstələmir ki?

O da gülümsünürdü:

– Yox, onlar bir-birinə maneə olmurlar – qoşa gedirlər. Birinin yolu elmə, o birininki şeirə, nəsrə gedir.

Adətən Nizami müəllim kitablarının təqdimatını və müxtəlif tədbirlər keçirərdi. Maraqlıdır ki, elə alınardı mən bunlardan gec xəbər tutduğumdan onun tədbirlərində iştirak edə bilməzdim. Nizami müəllimlə rastlaşanda atüstü görüşər, onu təbrik edərdim:

– Xeyirli, uğurlu olsun.

– Sağ ol, Allah razı olsun.

Qəribə olsa da beləcə mən dostumun tədbirlərində iştirak etmirdim, bu hal xeyli davam etdi. Amma bir dəfə də Nizami müəllim məndən incidiyini dilə gətirmədi.

Dəfələrlə müxtəlif tədbirlərdə iştirak edib, xatirə şəkilləri də çəkdirdik, hərdən bir onunla birlikdə çay da içdik, amma aramızdakı isti münasibət pozulmadı.

Bir dəfə yenə o, tədbir keçirəndən sonra mən gecdən-gec onu təbrik edəndə gülümsündü:

– Bilirsənmi nə düşünürəm? Deyirəm bir dəfə sənə vermədiyim kitabları bir çantada maşına qoyub gətirim. Verim sənə. Kitabları oxuyandan sonra ürəyindən keçənləri yazarsan. Məncə, belə yaxşı olar.

…Koronavirus bəlası dünyanı ağzına aldı, canlar aldı, özü ilə qadağalar, cərimələr, yasaqlar gətirdi. Üzlərdən sevinci apardı, ürəkləri qopardı. Sanki adamları həyatdan küsdürdü, ünsiyyəti zəiflətdi, evə qapanmağı məcburi elədi. Sevinməyə, şadlanmağa, xeyir işlərə tamarzı qaldıq.

…İnsan ömrü nədir ki. Necə gəlib keçir, kimsə fərqində olmur. Bir də baxırsan ki, qocalıq qapındadır, ömür su kimi axıb gedir. Dədələrimiz yaxşı deyiblər: “Ömrün başı örtülüdür”. Yəni kimsə ömrünün nə vaxt, harda qırılacağını bilmir, bir Allahdan başqa. Bir də bu dünyanın bir pozulmaz qanınu var: gələn bir gün getməlidir. Bineyi-qədimdən belədir, belə də davam edir.

…Bir gün bir qara xəbər içimi göynətdi. Dedilər Nizami müəllim vəfat edib. İnanmağım gəlmədi, öz özümə dedim: “Bu ola bilməz, bəlkə səhv deyiblər?”. Yəni bu humanist, xoş xasiyyətli iş yoldaşımın ölümünə özümü inandıra bilməsəm də bu, bir həqiqətdi. Burda rəhmətlik nənəm Xəstə Zərnişanın bir bayatısını xatırladım:

Bacının bacı dərdi,

Yoxdu əlacı dərdi.

Keçdi şirin söhbətimiz,

Qaldı bir acı dərdi.

Bəli, Nizami Muradoğlu da haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin, qəbrin nurla dolsun, Nizami müəllim. Sənin adın səni tanıyanların ürəklərindən silinməyəcək, sənin kimi şəxsiyyətlərin adları həmişə var olacaq, xatırlanacaq. Alim kimi, şair kimi, yazıçı kimi.

Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə doktoru, dosent

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.