Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

Folklor İnstitunun əməkdaşları Borçalıda keçirilən Novruz mərasimi ilə bağlı elmi araşdırma aparıblar

Novruz bayramı günlərində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy və institutun əməkdaşı Səməd Vəkilov Gürcüstanda soydaşlarımızın toplu yaşadığı bölgələrdə Novruz mərasimini müşahidə etmək, elmi baxımdan araşdırmaq məqsədilə səfərdə olublar.
S.Rzasoy bu barədə deyib: "AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanovun göstərişi ilə orada keçiriləcək Novruz bayramında iştirak etmək, bayramın məhəlli, özünəməxsus xüsusiyyətlərini araşdırmaq üçün getmişdik. Bizi ora Gürcüstandakı azərbaycanlıların QHT-lərinin birliyi olan "Azərbaycan Evi" təşkilatı dəvət etmişdi. Martın 24-nə kimi Novruz bayramının gedişini müşahidə və araşdırma ilə məşğul olduq".


Qarayazının Muğanlı kəndi soydaşlarımızın toplu şəkildə yaşadığı, 1250-dən çох evi olan bir kənddir. Əhalisi 6500-dən yuxarıdır: "Azərbaycan Respublikasında da Muğanlı adıyla kəndlər var. Şübhəsiz, bu ad altında böyük tariximiz təsdiq olunur. Kənddə öncə Dilqəm müəllimin, sonra Xudaverdi və Tanrıverdi adlı şəxslərin qonağı olduq. Xeyli folklor informasiyaları aldıq, yazdıq. Bütün bunların sabahımız üçün ciddi önəmi var.
Novruz bayramının əsas personajlarının – keçəpapaqların olduğu yerə getdik. Burada biz tarixlə qarşılaşdıq. Keçəpapaqlar keçi maskası geyirlər, üzlərinə şir maskası taxırlar. Başlarına qədim hindli qəbilələrində olduğu kimi uzun saçlı geyimlər geyirlər. Əyinlərinə qara keçə yunundan tərsinə kürk, ayaqlarında uzun qara çəkmələr vardı. Bellərinə aşırma kəmər bağlayırlar, üstləri çoxlu zınqrovlarla doludur. Mərasim vaxtı hərəkət etdikcə zınqrovların səsi ayrıca bir ab-hava, ovqat yaradır.


Keçəpapaqlar maşınları taxt kimi bəzəyir, kəndin küçələrini gəzir, pay yığırlar. Məni mararqlandırırdı ki, bunlar niyə şir maskasından istifadə edirlər? Aydın oldu ki, şir maskası sonradan bu rituala daxil olub. Keçmişdə keçədən maska olub. O zaman daha çox başlarına uzun tüklü keçə geyir, göz yeri qoyurmuşlar. Bir neçə evdə olduq, kənd camaatının adət-ənənələri haqqında soruşduq, öyrəndik.
Novruz mərasimi martın 22-si səhərdən axşama kimi davam etdi. Həmin gün kəndin mərkəzində Novruz bayramına həsr olunmuş nadir bir mərasim oldu. Hündür bir yerdə "şah" üçün taxt qurulmuşdu. Ortada gəzən keçəpapaqlar "şahın köməkçiləri" idi. Danışmadan insanları meydana dəvət edirdilər, nəmər alır, pul verməyənləri isə meydanın ortasına ararır, "cəzalandırır", oynamağa məcbur edirdilər. Heç kəs də bundan incimirdi. Çünki bu, bir bayram ritualı idi. Mərasim qurtarandan sonra isə yığılan pul kəndin qayğılarına sərf olunur. Lap qabaqlar həmin pul yoxsullara paylanırmış".


Keçəpapaqların bayramda davranışlarını təhlil edən araşdırmaçı deyir: "İnsanların həyatı, habelə zaman da xaosa və kosmosa bölünür. İlin son çərşənbəsində il-zaman, məkan qurtarır. Novruza qədərki 2-3 gündə bir zaman aralığı yaranır. Həmin zaman aralığında xaosun "qapısı" açılır: xaosda şər qüvvələr kosmosa daxil olurlar. Soydaşlarımızın düşüncəsində bunun qədim izi qalıb. Axşam düşəndə adətən deyirlər ki, şər qarışır. Bu, şərin-xaosun kosmosa qarışması anlamındadır".
İnanca görə, Yeni ilin gəlişi ilə köhnə illə bağlı nə (soyuq, qış) varsa, təmizlənir, insanların həyatına yenilik, dirilik gəlir. Bu, o inanca gəlir ki, axır çərşənbədə - Novruza qədərki zaman aralığında kosmos xaosla əvəz olunur, yenidən hər şey qaydasına düşür".

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.