Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
12.11.2021

AMEA FOLKLOR İNSTİTUTU

VALEH HACILAR 70

BEYNƏLXALQ KONFRANS

(Bakı şəhəri, 16 noyabr 2021-ci il)

16 noyabr, saat 10:00 da AMEA Folklor İnstitutunda görkəmli alim, şair, pedaqoq və ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Valeh Hacıların (Valeh Alpaşa oğlu Hacıyev) 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcəkdir.
Valeh Hacılar 15 aprel 1951-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Bakıda ali filoloji təhsil aldıqdan sonra vətəninə dönmüş, Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqlarının zəmanətləri ilə 1973-cü ildən Tbilisi Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmiş və 17 il həmin kafedraya rəhbərlik etmişdir. 1984-cü ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə isə eyni institutda “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə professor elmi adını almış, 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının şərqşünaslıq üzrə həqiqi üzvü seçilmişdir.
Valeh Hacılar ədəbi əlaqələrin, özəlliklə folklor əlaqələrinin öyrənilməsi, Gürcüstanın türkdilli folklor örnəklərinin toplanması, eləcə də Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanması, onların tədqiqi, nəşri və gürcü dilinə tərcüməsi sahəsində olduqca geniş və məhsuldar işlər görmüş, folklorşünaslığımıza gözəl töhfələr bəxş etmişdir. O, dəfələrlə xarici ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda iştirak etmişdir.
Valeh Hacılar şair-tərcüməçi, Azərbaycanca-gürcücə ikidilli lüğətlərin və danışıq kitabçalarının müəllifi kimi də tanınmışdır. Gürcü, rus, ukrayn, abxaz poeziyasından dilimizə tərcümələr etmiş Valeh Hacıların bədii əsərlərinin bir qismi də gürcü dilində işıq üzü görmüşdür.
Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin aşkarlamış Valeh Hacılar Mehralı bəy və Borçalıda qaçaq hərəkatı barədə araşdırmalar aparmış, bu mövzuda mükəmməl əsərlər yazmışdır. O, xalq ədəbiyyatına və ədəbi əlaqələrə dair monoqrafiyaların, tarixi-filoloji, leksioqrafik və bədii səpgidə yazılmış çoxsaylı kitabın müəllifidir.
Valeh Hacılar eyni zamanda ictimai xadim kimi tanınmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, Elmi adların verilməsi üzrə Professorlar Şurasının üzvü, Gürcüstandakı azərbaycan Ziyalılar Birliyinin ilk sədri (daha sonra fəxri sədri), Tbilisidə UNESCO xətti ilə nəşr olunan “Prometey”, Bakıda AMEA Folklor İnstitutunun xətti ilə çap olunan “Dədə Qorqud”, Türkiyədə nəşr olunan “Milli folklor”, “Türkiyə araşdırmaları” və “Türkiyat araşdırmaları” elmi jurnallarının redaksiya heyətlərinin üzvü və Gürcüstan təmsilçisi olmuşdur.
Valeh Hacılar Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 2001) Gürcüstan nümayəndə heyəti adından çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və Əlaqələndirmə Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
Valeh Hacıların çoxşaxəli və aktiv elmi-ictimai fəaliyyəti türk alimlərin də diqqətini çəkmiş, 2002-ci ildə Atatürk Universitetində onun haqqında doktorluq dissertasiyası müdafiə olunmuş, 2003-cü ildə Ankarada “Borçalılı bilim adamı, eyitimçi, şair Valeh Hacılar” adlı irihəcmli monoqrafiya çapdan çıxmışdır (Ankara-2003).
Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Valeh Hacılar 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.
Valeh Hacılar 23 yanvar 2010-cu ildə vəfat etmiş və öz vəsiyyəti ilə doğma kəndində dəfn edilmişdir. Hazırda Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndinin Mədəniyyət Evi Valeh Hacıların adını daşıyır. Görkəmli alimin vəfatından sonra təsis olunmuş Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi 2010-cu ildən etibarən uğurla fəaliyyət göstərir.
2012-ci ilin 12-16 aprel tarixlərində İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində həmin universitetin, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun, Türkiyənin Erdahan Universitetinin, Suxum Dövlət Universitetinin və Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə alimin xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda elmi simpozium keçirilmişdir

AMEA Folklor İnstitutu görkəmli alimin misilsiz xidmətlərini nəzərə alıb, ehtiram əlaməti olaraq “Valeh Hacılar – 70” mövzusunda Beynəlxalq konfrans keçirməyi planlaşdırır.
Beynəlxalq konfransda çıxış etməsi planlaşdırılan iştirakçılar:

Akad. Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru
Faiq Quliyev – Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri
Fil.e.d., prof. Asif Hacılı – Azərbaycan Universitetinin professoru
Prof.Dr. Cengiz Alyılmaz – Bursa Uludağ Universitetinin professoru, Uluslararası Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin başkanı (Türkiyə)
Prof.Dr. Şurəddin Məmmədli – Ardahan Universitetinin professoru (Türkiyə)
Fil.e.d., prof. Mahmud Kamaloğlu – Gürcüstan-Ukrayna beynəlxalq Universiteti (Gürcüstan)
Prof.Dr. Doğan Kaya – Sivas Cümhuriyyət Universitetinin professoru (Türkiyə)
Fil.ü.f.d. Elxan Məmmədli – AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Prof.Dr.Semra Alyılmaz – Bursa Uludağ Universitetinin professoru, Valeh Hacıların yaradıcılığının tədqiqatçısı (Türkiyə)
Tarix elmləri doktoru Fəxri Valehoğlu – Xarici İşlər Nazirliyinin Şərqi Avropa şöbəsinin müdiri

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.