Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

Fevralın 20-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözüylə institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açıb, iclasın gündəliyi haqqında məlumat verib.
AMEA Folklor İnstitutu əməkdaşlarının attestasiyasının yekunları barədə Attestasiya Komissiyasının sədri filologiya üzrə elmlər doktoru Füzuli Gözəlov məlumat verib.
«Novruzla bağlı elmi seminar və Qorqudşünaslığın 200 illiyi ilə bağlı hazırlıq tədbirləri barədə» məsələ müzakirə edidikdən sonra qərara alınıb ki, Novruz çərşənbələri və Novruz bayramı ilə bağlı seminar təşkil olunsun.

2015-ci ildə F.Dits tərəfindən «Kitabi-Dədə Qorqud»un elm aləminə təqdim olunmasının 200 ili tamam olur. Qərara alınıb ki, bu barədə hazırlıq tədbirlərinin görülməsi institutun iş planına daxil edilsin, bu ilin aprelində keçiriləcək Respublika «Dədə Qorqud günü» F.Ditsin xatirəsinə həsr olunsun, «Dədə Qorqud» jurnalında bu mövzuda yazılar dərc olunsun.
İclasda habelə 2011-ci ildə AMEA Folklor İnstitutunun doktoranturasına qəbul olunmuş doktorantların fərdi iş planları müzakirə edilərək təsdiq olunub.
«Cari məsələlər»də «Ölü dillər üzrə mütəxəssislərin hazırlanması barədə», «Fəlsəfə doktoru Adil Cəmilə dosent elmi adının verilməsi barədə», «Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illiyi ilə bağlı iş planına dair təkliflər» müzakirə edilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.