Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

Folklor İnstitutunda respublika “Dədə Qorqud günü” qeyd olundu

 


Azərbaycan Respublikasının ümummilli lideri H. Əliyevin şəxsi qayğısı və səyi nəticəsində “Dədə Qorqud Kitabı”nın öyrənilməsində yeni bir mərhələ açılmışdır. Bir vaxtlar türk xalqlarının ana abidəsi olan “Dədə Qorqud Kitabı”nın öyrənilməsinə xüsusi qadağa qoyulmuş və sonralar bu maniyə aradan qalxsa da eposun öyrənilməsində elə bir ciddi ənənənin mövcud olmaması tədqiqatların da səviyyəsinə təsir etmişdir.
“Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinin” keçirilməsi barədə Azərbaycan respublikasının prezidenti H. Əliyevin fərmanından sonra bu sahədə geniş işlər görülmüşdür. Məlum olduğu kimi AMEA Folklor İnstitutunda “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinin ildönümü münasibəti ilə keçirilən “Dədə Qorqud günü” qeyd olunub. Tədbir iki hissədən ibarət olub.
Rəsmi hissəni giriş sözü ilə açan professor Hüseyn İsmayılov öncə məclis iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edib. Bir neçə min illik türk tarixinin yaddaşından süzülərək bizə gəlib çatan bu abidənin dünyada analoqu olmadığını deyən professor Hüseyn İsmayılov Respublikamızda qeyri-maddi mədəni irsin qorunması işinə verilən yüksək önəmi də vurğuladı. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti və abidələri UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.
“Dədə Qorqud kitabı” dünənimizin küçmişidir” mövzusunda məruzə edən AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev dastanın poetikasını təhlil edib. Bildirib ki, dastanın süjet və obrazlarının quruluşu Şumer ənənəsi ilə yaxından səsləşir. Bu isə abidənin İslamdan öncəki dünyagörüşünü bir mənalı şəkildə əks etdirməsini bir daha sübut edir.


Tədbirdə “Oğuz elinin xanımları” mövzusunda məruzə edən f.e.d Kamran Əliyev bu mövzunun tədqiqata böyük ehtiyacı olduğunu deyərək ümumilikdə Oğuz həyatı və etnoqrafiyasının öyrənilməsində mühüm rolundan bəhs etdi. Alim bildirdi ki, dastanda xanım obrazlarının təhlili göstərir ki, burada tayfadaxili evlənmə ilə yanaşı, tayfaxarici evlənmə detalları mövcud olmuşdur. Məhz bununla bağlıdır ki, dastanın dilində tayfadan olan qızlarla tayfadan kənarda olan qızları biri-birindən fərqləndirən ifadələr də yer almışdır.
Professor Əzizxan Tanrıverdiyev isə “Dədə Qorqud kitabı”nda dilin funksiyaları” mövzusunda çıxışı ilə dastanın söz dünyasına səyahət etdi. İnkişaf etmiş dillərə xas olan ekspressiv-emosional çalarları əks etdirmək baxımından mövcud olan bütün xüsusiyyətlərin “Dədə-Qorqud kitab” əks olunduğunu deyən Əzizxan Tanrıverdiyev konkret nümunələr əsasında eposun dili barədə danışıb. Professor Əzizxan Tanrıverdiyev məruzənin sonunda belə bir qənaət irəli sürüb ki, dastanın dili emosionallıq baxımından çox zəngindir və etnosun etnopsixoloji səciyyələndirilməsi barədə daha ətraflı məlumat verir.
Tədbirdə çıxış edən f.e.n A. Hacıyevin “Zamanı yaşadan sözlər” mövzusunda etdiyi çıxışda dastanın dilinin oğuz elinin məişəti, həyatı, dostları, düşmənləri baradə ətraflı təəssürat yaratdığını vurğuladı. Konkret olaraq dastandakı nümunələr əsasında öz fikrini sübut edən alim dastandakı sözlərin Oğuz cəmiyyətinin güzgüsü olması qənaətinə gəlib.
“Dədə Qorqud kitabı”nda epik sosium” mövzusunda isə f.e.n Yaşar Qasımbəyli məruzə etdi. Məruzədə dastanın epik strukturundan nəzəri və praktiki əsaslandırmalar edildi.
Çıxışçılara yönəldilmiş suallar isə “Dədə Qorqud Kiatbı”-nın daha mürəkkəb məsələləri özündə ehtiva etməsi qənaətini ortaya qoyub. Tədbirdə işdirak edən f.e.d. M. Kazımoğlu, f.e.d., profeessor Füzuli Bayat, f.e.n. S. Rzasoy, f.e.n A. Xəlil, f.e.n O. Əliyev, f.e.n. R. Kamal və digərləri dastanın mürəkkəb və mübahisəli məqamları ətrafında fikir mübadiləsi apararaq dastanın daha aktual problemlərini diqqət önünə gətiriblər.
Tədbirin rəsmi hissəsində alimlər belə bir qənaətə gəlmişlər ki, artıq hər il keçirilməsi ənənəyə çevrilən Dədə Qorqud günləri növbəti illərdə davam etdirilsin.
Tədbirin bədii hissəsində isə AMEA Folklor “İrs” folklor ansamblının ifasında “Dədə Qorqud kitabı”ndan örnəklər səsləndirildi.

AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.