Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
Hüseyn İSMAYILOV

AMEA-nın Folklor
İnstitutunun direktoru,
filologiya elmləri doktoru

 

Ortaq türk keçmişindən gələcəyinə


Dünya xalqları, mədəniyyətləri arasında nizam yaratmaq missiyasını hələ yaradılışın ilkin mərhələsindən əbədi tale kimi qəbul edən türklər bu taleyin cızdığı yolda əsrarəngiz tarix yaratmışlar. Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan ulu öndərimiz Heydər Əliyev də XX əsrdə Azərbaycan tarixinin yetirdiyi böyük sərkərdəsi idi. Bu münasibət ümummilli liderimizin türk dünyasına, türk kimliyinə və mədəniyyətinə yanaşmasında da özünü daim büruzə vermişdir.
Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Bu məşhur deyim milli mədəniyyətlərin qloballaşma faktının təhdidləri qarşısında aciz qaldığı müasir dünyamız üçün xüsusilə mühüm aktuallıq kəsb edir. İndi planetin bütün irili-xırdalı dövlət və millətləri könüllü və ya könülsüz, son nəticədə böyük qloballaşmaya ararıb çıxaran nəhəng inteqrasiya magistralına qoşulmuşlar. Qloballaşma kontekstində etnik-milli mövcudluğun siyasi, iqtisadi, mədəni, mənəvi suverenliyi ilə bağlı milli konsersiya və konsertual ideyalar yekcins deyildir. Bu rrosesi sosial-siyasi, mədəni-mənəvi, iqtisadi, elmi-intellektual müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər də, kainatın daha çox vahid mərkəzdən idarə olunan bürokratik-texnoloji ərazi vahidinə çevrilmə rrosesi olduğunu iddia edənlər də var.
Ən müxtəlif mövqe və münasibətlərdən asılı olmayaraq qloballaşmaya doğru istiqamətlənmiş nəhəng inteqrasiya magistralı bütün rlaneti öz ardınca ararır. Mümkün olan ən ortimal variant bu rrosesə hər bir etnosun milli-mənəvi "Mən"ini dərk edərək qoşulmasından ibarət ola bilər. Bəlkə də bu zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə xarakterizə olunur. Cəmiyyətin tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instiktindən doğan bu müqavimət hissinin reallaşması isə ümummilli lider amilindən asılıdır. Xalqların qərinələr boyu formalaşmış yüksək mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya, ilk növbədə, fenomenal şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu ağır və məsuliyyətli missiyanı məhz ulu öndərimiz Heydər Əliyev çiyinlərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin, o cümlədən türk tarixinin böyük himayədarı qismində çıxış etmişdir.

Özünəqayıdış

Ulu öndərimizin türk kimliyinə bu dərəcədə bağlılığı təsadüfi olmayıb təbii başlanğıca istinad etmişdir. Heydər Əliyevin dünya ilə ilk tanışlığı türk düşüncə tərzinin hələ üstün mövqeyə malik olduğu, "türk" sözünün hələ tam yasaq edilmədiyi ötən əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvəllərindən başlanmışdır. O illərin inqilabi coşğunluğu, ideoloji-siyasi təlatümləri təlim-tərbiyə müəssisələrində, istər-istəməz, milli hisslərə güzəştə getməli olmuşdur. Heydər Əliyev də ilk təhsilini məhz belə bir məktəbdə, bu güzəşti təmin edən milli təfəkkürlü müəllimlərin rəhbərliyi ilə almış, 30-cu illərin təbəddülatlı ideyalar mühitində tərbiyələnmişdir. Türkçülük duyğuları da Heydər Əliyevdə hələ erkən gənclik illərində oyanmışdır.
O zaman türkçülük ideyaları, əsasən, yeganə müstəqil türk dövləti olan Türkiyəyə, bu coğrafiyada yaradılan mədəniyyət nümunələrinə böyük maraq üzərində müəyyənləşirdi. Ulu öndərimizin o dövr haqqında xatirələrində oxuyuruq: "Cocuq ikən, gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi. İndi ola bilər ki, elə böyük sirr deyil açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm, türk dilini öyrənirdim. Bunu da açıq deyə bilərəm ki, müəllimim də var idi, bir müddət - iki-üç il mənə türk dili öyrətdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim. Gənc ikən indi mənim yaşımda olan adamlar ola bilər ki, bunu xatırlasın, məsələn, Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı bizim hamımızı heyran edən bir əsər idi... Mənsə "Çalıquşu"nu 13-14 yaşımda oxumuşdum. O məni heyran etmişdi".
Türk dünyasının qüdrətli liderini yaxın və uzaq türk dünyasına hələ yeniyetməliyindən qırılmaz tellərlə bağlayan bu hisslər onu həyatının heç bir mərhələsində tərk etməmişdir. Başlanğıcda, sadəcə, öz kökünə bağlı, milli duyğulu bir gəncin həyəcanlarından ibarət olan bu hisslər gələcək dönəmlərdə artıq Heydər Əliyevin apardığı siyasi mübarizəyə istiqamət verən, onu milli savaşa ruhlandıran sarsılmaz qüvvəyə çevrilmişdir. Bu mənada, ulu öndərimizin ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycana rəhbər seçilməsi ilə repressiya qılıncının xofu qarşısında illər boyu kimliyindən uzaq düşmüş Azərbaycan türkünün - böyük hökmdar Bilgə xaqanın qövmünə müraciətində vurğuladığı kimi, - yenidən Özünə, öz böyüklüyünə qayıdışı olmuşdur.

Türkçülüyə yeni nəfəs

Ulu öndərimiz Heydər Əliyev bu hisslərin təlqini ilə əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti timsalında dünyaya ikinci bir müstəqil türk dövləti bəxş etmişdir. Qədim və müasir ənənələrin sintezi əsasında qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Danılmaz reallıqdır ki, əgər ulu öndərimiz Heydər Əliyevin hələ ölkəmizə pəhbərliyinin birinci dövründə respublikanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik dövlət kimi mövcudluğu şübhə altında qalardı. Məhz Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində Azərbaycan milli ideyasını böyük vətənpərvərliklə cəmiyyətin aparıcı təbəqəsinə ötürmüş, ictimai şüürün alt qatında gizlənən istiqlal duyğularını üzə çıxarıb ona yeni məzmun vermişdir. Milli təfəkkürümüzi repressiya xofundan, təzyiq və təhdidlərdən xilas edərək insanlarımıza geriyə boylanmaq, şanlı türk salnaməsi ilə tanış olmaq imkanı yaratmışdır.
Ümummilli liderimiz Heydər Əliyev xalqın uzun illərdən bəri sükunət halında toplanıb hər hansı formada təzahür üçün məqam gözləyən yaradıcılıq enerjisini gözlənilməz sərbəstliklə hərəkətə gətirmişdir. Məşhur qırğız yazarı Çingiz Aytmatovun təbirincə desək, öz simasını itirərək manqurtlaşmaq təhlükəsi ilə üz-üzə dayanmış yeni türk nəslini oyatmış, düşüncəsini silkələmiş, pozulmaqda olan ictimai əxlaqını dindirmişdir. Xalqı tikinti-quruculuq işlərinə səfərbər etməklə, dünya sivilizasiyasına təkrarsız abidələr bağışlayan türk hökmdarlarının ənənələrinə uyğun olaraq qısa müddət ərzində Azərbaycanı böyük abadlıq meydanına çevirmişdir. Bakı şəhəri görünməmiş sürətlə böyümüş, gözəlləşmiş, habelə respublikamızın bütün bölgələrində mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, təhsil, səhiyyə müəssisələri tikilərək əhalinin istifadəsinə verilmişdir.
Azərbaycan və türk tarixini, türk xalqlarının ədəbi dil normalarını, milli ədəbiyyatını, folklor nümunələrini, külliyatlar, müntəxabatlar, antologiyalar halında sabitləşdirən, abidələşdirən nüfuzlu alimlərimiz məhz həmin dövrdə dövlət mükafatları ilə təltif edilmişlər. Bakı o zamankı sərt buxovlar şəraitində türkologiya elminin əsas mərkəzinə çevrilməyə başlamışdır. Həmin dövrdə Bakıda türkçülüyü tədqiq edən sanballı "Türkologiya" yurnalının nəşrə başlaması isə, sözün əsil mənasında, böyük əzmin, fədakarlığın, türk dönməzliyinin və böyüklüyünün nəticəsi olmuşdur. Yaxşı xatırlayırıq ki, "Türkologiya" yurnalının nəşri o vaxt Kremldə böyük narahatlıq doğurmuşdu. Belə bir jurnalın fəaliyyətinə bir neçə dəfə etiraz edilsə də, imperiya nümayəndələri Heydər Əliyevin türk hökmdarlarına xas sarsılmazlığı qarşısında aciz qalmışlar. Bu nəşrin qapanmasına yönələn bütün cəhdlər uğursuz alınmış, beləcə, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Beynəlxalq Türkoloyi Qurultaydan sonra öləziyən türkçülüyə yeni nəfəs verilmişdir.

"Bir millət, iki dövlət"

Ötən əsrin 80-ci illərinin əvvəllərində ulu öndərimiz Heydər Əliyev öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmışdır. Həmin dövrdə Kremldən dünyanın böyük bir coğrafiyasının taleyini müəyyən edən bir neçə nəfər arasında Heydər Əliyev yeganə türk idi. Təsadüfi deyil ki, SSRİ boyda nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: "Kremldə ucalan türk bayrağı". 80-ci illərin ortalarında Heydər Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan xalqının deyil, ümumilikdə ittifaq tərkibində yaşayan çoxminli türk xalqlarının lideri kimi mübarizə aparır, türk dünyasının həm strateji, həm də taktiki problemlərinin həlli missiyasını şərəflə yerinə yetirirdi. Şovinistlərin ulu öndərimizə qarşı apardıqları təbliğatın əsasında dayanan amillərdən biri də elə bu idi.
Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini əldə etdikdən sonrakı mərhələdə də ümummilli liderimiz türkdilli xalqlarla münasibətlərin genişləndirilməsi vacibliyini böyük uzaqgörənliklə, müdrikliklə önə çəkmişdir. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə ulu öndərin Türkiyə ilə ən müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində atdığı addımlar bunu bir daha təsdiqləyir. O ağır illərdə ulu öndərimizin bilavasitə təşəbbüsü ilə inşa edilən, Heydər Əliyevin "ümid körpüsü, ümid yolu" adlandırdığı körpü də türk dünyasından Türkiyəyə doğru uzanan yollardan biri idi. İllər sonra ümummilli lider onun türkçülük duyğularının ilk vətəni olan qədim Naxçıvan torpağında yaşadığı o möhtəşəm anları belə xatırlayırdı: "Mənim üçün bu, gözəl bir dövrdür. Ona görə gözəl bir dövrdür ki, Türkiyə ilə Azərbaycan arasında əsrlər boyu həsrətində olduğumuz körpünün tikintisində iştirak etdim. O körpünün inşasını apardım və Türkiyənin böyük oğlu Süleyman Dəmirəllə, Türkiyənin millət vəkilləri ilə, nazirləri ilə birlikdə həsrət, ümid körpüsünü bir yerdə açdıq".
Heydər Əliyevin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə əsasən, 1993-cü ildən, ümummilli liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Bu mərhələdə ulu öndərimiz türk dünyasının gələcəyi ilə bağlı sistemli konsepsiya müəyyənləşdirərək ortaya qoymuşdur. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, həmin birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi kimi üç mühüm məqamı özündə birləşdirirdi. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, hakimiyyətə qayıdışından sonra Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri ən yüksək pilləyə yüksələrək, əbədi və dönməz xarakter almışdır.
Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" tezisləri əsasında özünü doğrultmuşdur. 1994-cü il fevralın 8-də Ankaraya ilk rəsmi səfəri əsnasında Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışı zamanı ümummilli liderimiz demişdir: "Biz ümumi kökləri olan bir xalqıq, bizim bir tariximiz, bir dilimiz, bir dinimiz var. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həmişə dostluq və qardaşlıq kimi səciyyələndirilmişdir. Əsrlər boyu bizi ayırmaq istəsələr də, bu cəhdlər nəticə verməmişdir. İndi də heç bir qüvvə bizi ayırmaq iqtidarında deyil. Bu gün Azərbaycanın dost və qardaş münasibətinə daha böyük ehtiyacı var".
Heydər Əliyev türk dünyasını siyasi-iqtisadi birliyə doğru aparan yolun, ilk növbədə, mənəvi birlikdən keçməsi amilini heç zaman diqqətdən kənarda qoymamışdır. Ulu öndərimiz türk xalqlarının mənəvi birliyinin təzahürü kimi onların ortaq mədəniyyət abidələrinin, ortaq folklorunun da rolunu daim düzgün qiymətləndirmişdir. Milli-mənəvi mədəniyyətimizin qarantı kimi çıxış edərək folklorumuzda faktlaşan, daşlaşan rotensial enerjini hərəkətə gətirməyin, çağdaş milli əxlaqın üzvi tərkib hissəsinə çevirməyin vacibliyni anlayan və bu sahədə əməli addımlar atan Heydər Əliyev kimi qüdrətli lidermizin olması bizim böyük xoşbəxtliyimizdir.
Son illər bütün dünyanın siyasi mənzərəsini dəyişən "Əsrin müqaviləsi", "Böyük İrək yolu", TRASEKA, TASİS rroqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Türksoyun, Türk Üazarlar Birliyinin yaranmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzulinin 500, türk dünyasının ana kitablarından olan "Kitabi-Dədə Qorqud"un isə 1300 illik yubileyinin ÜUNESKO səviyyəsində keçirilməsi, Azərbaycanın müstəqil türk dövləti kimi bütün dünyada tanınması, türk dövlət başçılarının zirvə görüşlərinin təşkili, Azərbaycanda Atatürk Elmi Araşdırmalar Mərkəzinin və nəhayət, türk milli-mənəvi dəyərlərinin qorunduğu məbədə çevrilən, türk dünyasında analoqsuz elmi təsisat sayılan AMEA Folklor İnstitutunun yaradılması bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərimiz Heydər Əliyevin türk dünyası qarşısındakı bu misilsiz xidmətləri layiqli qiymətini almışdır. 1999-cu ildə onun Beynəlxalq Atatürk Sülh Mükafatı kimi nüfuzlu ödülə layiq görülməsi faktı bir daha təsdiqləmişdir ki, Heydər Əliyevin türk dünyasının birliyinə yönələn siyasəti digər türk respublikalarında da yüksək dəyərləndirilir, daim böyük rəğbət hissilə xatırlanır.

Türk dünyasının fenomenal lideri

Eyni siyasət bu gün də davam edir - Azərbaycan tarixin ən yeni mərhələsində bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyası prosesini əzmlə həyata keçirir. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin uğurlu nəticələri göz önündədir. Dövlət başçısının bu yöndə atdığı addımların yalnız ümümtürk dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi xarakterizə edilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər məhdud çərçivə olar. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın mühüm tərkib hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, "ikili standartlar" fonunda türk xalqlarının birliyinin vahid ümumbəşəri məqsədlər naminə təmin edilməsi vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə çalışır. Dövlət başçısı ümümtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmiş, təkcə strateji müttəfiqimiz olan Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük vermişdir. Cənab İlham Əliyevin 2004-cü ildə Türkiyə ilə yanaşı, Qazaxıstan və Özbəkistana rəsmi səfərlərə getməsi, bütövlükdə türk xalqları arasında mənəvi birliyin gücləndirilməsinin fəal tərəfdarı kimi çıxış etməsi bunun bariz təcəssümüdür. ABŞ generalı Çarlz Uoldun təbirincə desək, Cənubi Qafqaz regionunda fenomenal liderlik nümayiş etdirən cənab İlham Əliyev bu gün həm də türk dünyasının ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur.

Azərbaycan - türk dünyasının ümid yeri

Prezident İlham Əliyevin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin, sadəcə, iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Rəsmi Bakı Avropa və ümumilikdə Qərb, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini də diqqətdən kənarda qoymur. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.
Türkdilli xalqların bu və digər məsələlərdə əməkdaşlıq etməsini şərtləndirən mühüm amillərdən biri də onların əlverişli coğrafi məkanda yerləşmələri, ümumdünya əhəmiyyətli enerji və kommunikasiya imkanlarına malik olmalarıdır. Dünya siyasətinə getdikcə artan təsir imkanları ilə türkdilli dövlətlərin önündə dayanmaq imkanı qazanmış Azərbaycanın bütövlükdə Avrasiya məkanında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Cənab İlham Əliyevin də çox dəqiqliklə bəyan etdiyi kimi, "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir". Respublikamızın Şərqlə Qərbi birləşdirən transmilli kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi beynəlxalq əməkdaşlıqda ona geniş imkanlar açır.
Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayacaq qlobal enerji layihəsinin icrası prosesinin uğurla başa çatdırılması - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tam istismara verilməsi və bu xəttə artıq ən böyük türk respublikalarından olan Qazaxıstanın da qoşulması, Tarixi İpək Yolunun bərpası, Avropa Birliyi tərəfindən ciddi dəstək alan TRASEKA layihəsi, Şərq-Qərb nəqliyyat dəhlizi layihələri respublikamızın Orta Asiyanın türk xalqları üçün geosiyasi önəmini daha da gücləndirmişdir.
Azərbaycan Prezidentinin Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşündəki çıxışı zamanı səsləndirdiyi fikirlər buna mükəmməl örnəkdir: "Dünya dəyişir, bölgəmizdə baş verən hadisələr yeni yanaşmalar tələb edir, yeni çağırışlar ortaya çıxır və biz birlikdə bunlara çarə tarmalıyıq. Birgə fəaliyyətimiz nəticəsində bölgəni inkişaf etdirmək üçün, sülhün, təhlükəsizliyin, sabitliyin tam şəkildə bərqərar olunması üçün bizim birgə səylərimiz böyük əhəmiyyət kəsb edir. Bizi birləşdirən tarixi köklər, ortaq mədəniyyət, etnik mənsubiyyət, əlbəttə ki, qarşılıqlı, səmərəli fəaliyyətimiz üçün çox böyük əsasdır, böyük amildirE Mən şübhə etmirəm ki, Qars-Tbilisi-Bakı dəmir yolu layihəsinin həyata keçirilməsində də qarşımızda duran çətinliklər, süni maneələr aradan qaldırılacaqdır. Bu dəmir yolunun tikintisi ölkələrimiz üçün, xalqlarımız üçün, regional əməkdaşlıq üçün lazımdır. O, Türkiyəni Azərbaycanla dəmir yolu vasitəsilə birləşdirəcəkdir. Türkiyəni Orta Asiya ilə, Qazaxıstanla dəmir yolu vasitəsilə birləşdirəcəkdir və bütövlükdə Avroranı Asiya ilə birləşdirəcəkdir. Bu layihə bölgədə ancaq və ancaq sabitliyin, sülhün möhkəmlənməsinə gətirib çıxaracaqdır".
Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər XIX əsrin sonları XX əsrin əvvəllərində türkdilli xalqların birliyi üçün yollar arayan, müxtəlif ideologiyalar fomalaşdıran böyük düha sahiblərimizin tapa bilmədikləri sualların reallıqdakı cavabıdır. Eyni dilə, soy-kökə, mədəniyyətə, tarixə malik türk xalqlarını bu gün iqtisadi həyat birliyi bütövləşdirir, sarsılmaz edir, vahid bir millət halında formalaşdırır.
Prezident İlham Əliyev türk xalqlarının möhkəm birliyi baxımından vacib istinad mənbəyi olan sağlam islami dəyərlərin də cəmiyyətdə ictimai şüuarda möhkəm intişar tapmasına çalışır. Azərbaycan Prezidentinin türk xalqlarının ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin ən başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması Azərbaycan Prezidentinin başlıca məqsədlərindən biridir. Cənab İlham Əliyev Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında erməni lobbisinin ifşa edilməsi üçün səylərin daha da artırılması vacibliyini önə çəkmişdir: "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir" - deyən dövlət başçısı "Ən yaxşı müdafiə hücumdur" taktikasından çıxış etməklə türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulması vacibliyini önə çəkmişdir.

Ortaq dəyərlərə doğru

Türk xalqlarının milli inkişafı ortaq nöqtədən başlanmışdır və şübhəsiz, yenə də ortaq nöqtədə birləşəcəkdir. Bizi bu nöqtəyə yaxınlaşdıran ən etibarlı yol türk xalqlarının zəngin tarixi-mədəni keçmişidir. Bu zənginlik gələcəyə də ararılmalıdır. Bunun üçünsə mənəvi dəyərlərə ciddi elmi yanaşma ilə yanaşı, elm siyasəti və milli mədəniyyət konsersiyası işlənib hazırlanmalıdır. Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə yaradılmış AMEA-nın Folklor İnstitutu da türk birliyinə yönələn bu prosesə öz töhfəsini verməyə çalışır. İnstitutumuzun hər il ənənəvi qaydada "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" devizi altında keçirdiyi beynəlxalq folklor elmi konfransının təşkilində də məqsəd qloballaşan dünyamızda türk xalqlarının layiq olduqları yeri tutmasında, yeni dünya düzənində türk humanitar gerçəkliyinin mövqeyinin müəyyənləşməsində elmi konsertual strategiyanın və rroqramın formalaşdırılmasından ibarətdir.
Gələcəyə milli-mənəvi vahid tam kimi getmək üçün keçmişin, milli-tarixi təcrübənin əldə etdiyi dəyərlərin bir araya gətirilməsi, elmi təhlildən keçirilməsi və gələcəyə gedən insanın mənəvi yaddaşına köçürülməsi olduqca vacibdir. Keçmişdən bugünə gələn dəyərlərin ən mükəmməl nümunələri isə xalq yaradıcılığında qorunmuş, folklorda öz möhtəşəm izlərini saxlamışdır. Ona görə də türk xalqlarının birliyində ortaq folklorun da rolu müstəsnadır. "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" deyimi nə ratetika, nə də gəlişigözəl səslənən şüar deyildir. Bu, türkün dünəni, bügünü və gələcəyi haqqında, etnosun inkişaf strategiyası haqqında elmi bir düsturdur. Ona görə də onun türk etnosu qarşısında müəyyənləşdirdiyi missiyalara da məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır.
Türk xalqlarını bir-birinə bağlayan bu mənəvi tel də dövlət rəhbərinin diqqətindən kənarda deyil. Fərəh doğuran haldır ki, Azərbaycan və bütövlükdə ümumtürk folkloru Prezident İlham Əliyevin rəhbər qayğısı ilə yanaşı, Heydər Əliyev irsinə sadiqliyi ilə milli-mənəvi dəyərlərimizin mühafizəçisinə çevrilmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında da özünə fədakar hami tapmışdır.
Əzəmətli keçmişə malik Türk qövmü Tanrının sevgisindən yaranmışdır. Elə buna görə də Türk əbədi hərəkət, zəfər, işıq rəmzi deməkdir. Əminik ki, yeni yüzilliyin əvvəllərində özünə əlverişli hərəkət çevrəsi axtaran dünyamızın hərəkət mizanını da tarixin bütün qatlarında olduğu kimi, yeni türklər müəyyənləşdirəcək. XXI əsr gerçəkdən, böyük Türk əsri olacaqdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.