
HÜSEYN ƏLƏSGƏR OĞLU İSMАYILOV
(10.12.1952, Qərbi Azərbaycanın, Krаsnoselo rаyonunun Ağbulaq kəndi- Göyçə mahalı,) - filologiya elmləri doktoru professor, folklorşünas, ədəbiyyatşünas, АMEА Folklor İnstitutunun keçmiş direktoru (2003-2011).
1970-ci ildə V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya, dil-ədəbiyyat müəllimi fakültəsinə daxil olub, 1974-cü ildə təhsilini tamamlayıb, 1974-cü ildə Ermənistan SSR Ararat rayonunun Şirazlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb, Irəvan Dövlət Pedaqoji İnstitutunda 1976-cı ilin oktyabr ayından 1988-ci ilin sent-yabrınadək Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında müəllim işləyib. Azərbaycan, rus, xarici ölkələr ədəbiyyatından mühazirələr oxuyubdur.
1986-cı ildə Azərbaycan EA Nizami adına ədəbiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 1989-cu ilin aprel ayından 1997-ci ilin fevral ayınadək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun Azərbaycan dili kafedrasının dosenti vəzifəsində çalışıbdır.1995-ci ilin aprel ayından 1998-ci il yanvar ayına qədər Nizami adına Ədəbiyyat Institutunun nəzdində fəaliyyətə başlayan "Folklor sarayı" Elmi-Mədəni Mərkəzində elmi işlər və filiallar üzrə direktor müavini işləyibdir. 1998-ci ilin yanvar ayından indiyə qədər "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (2003-2011-ci illərdə AMEA Folklor Institutunun) direktoru olmuşdur.
Hüseyn İsmаyılovun iki yüzə yахın elmi məqаlənin, folklor toplulаrındаn ibаrət 15 kitаbın və iki monoqrаfiyаnın müəllifidir.
Alim Azərbaycan folklorşünaslığı tarixində ilk dəfə olaraq:
1. Aşıq sənətinin tarixi inkişaf prosesini aşkarlamışdır.
2. Əski türk inamları və onların folklor səciyyəsini müəyyənləşdirmişdir.
3. Xalq sufizmi və Azərbaycan sufizminin xarakterik əlamətlərini müəyyənləşdirmişdir.
4. Xalq şerinin ideya-estetik əsaslarını və onların transformasiya prosesini aydınlaşdırmışdır.
5. Dastan janrının tarixi-poetik xarakterini müəyyənləşdirmişdir.
Azərbaycan folklorunun müxtəlif janrlarının səciyyəvi cəhətlərini müəyyənləşdirmişdir.
KİTABLARI:
• "Vətən qürbətdə qaldı" Yazıçı-1993
• "Göyçənin qisası qalır", Bakı, Zaman 1997, 384 səh.(Eldar İsmayılla ortaqlı)
• Göyçə aşıq mühiti : təşəkkülü və inkişaf yolları: monoqrafiya /red. N. Q.Cəfərov ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı : Elm, 2002. - 404 s. ; 20 sm. - 500 nüsxə. - ISBN 5-8066-1531-6
• "Göyçə aşıqları və el şairləri", I cild, Səda-2006
• "Göyçə aşıqları və el şairləri", II cild, Bakı, "Nurlan"-2010. 594 səh. 500 tiraj.
• "Miskin Abdalın şəxsiyyəti və taleyi", Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab, Bakı, "Səda", 1999, səh.100-119.
Əsas elmi əsərlərin adları:
1. "Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri" , Bakı, "Elm", 2002
2. "Göyçə aşıq mühiti təşəkkülü və inkişaf yolları", Bakı, "Elm", 2003
3. "Göyçə folkloru: Azərbaycan folkloru Antologiyası", III cild, Bakı, "Səda", 2000
4. "Miskin Abdal", Bakı, "Səda", 2001
5. "Müdriklik çələngi", Folklor örnəkləri, Bakı, "Səda", 2000.
|