![](images/feride%20mirisova.jpg)
Fəridə Mirişova Arazbəy qızı
Salyan rayonu Kürsəngi kəndində anadan olmuşam.
1987-ci ildə Respublika İncəsənət giminaziyasında Tükəzban İsmayılovanın muğam sinifini bitirmişdir .
1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Univeristetinin “Musiqili Teatr aktyorluğu“ fakültəsinə daxil olmuş, 1996-cı ildə həmin univeristeti bitirmişdir.
2008-ci ildə ikinci təhsil olaraq Azərbaycan Milli Konservatoriyasının “Solo oxuma-xanəndəlik“ fakultəsininə daxil olmuş və 2011-ci ildə Alim Qasımovun sinifini bitirmişdir.
2014-cü ildən AMEA Folklor inistitunun “Musiqi Folkloru“ şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır. Eyni zamanda uşaq musiqi məktəbində muğam-xanəndəlik dərsini tədris edir (2011-ci ildən). Xanəndə kimi bir çox xarici ölkələrdə Rusiya, Türkiyə, Ukrayna, Pribaltika ölkələri və. s. o cümlədən ölkəmizin paytaxtı və bölgələrində Azərbaycan musiqi sənətini, muğam sənətini səsləndirərək təbliğ etmişdir. Araşdırmaçı kimi Türkiyənin Ankara şəhərində, Nevşeherde, Konyada Beynəlxalq simpoziumlarda “Müstəqilliq illərində Azərbaycan musiqi sənətinə dövlət qayğısı” , “Şirvan aşıq mühiti və Şirvan aşıqları”, Şirvan aşıq sənətinin özəllikləri” adlı məqalələrlə çıxış etmişdir.