Nağıyev Qasım Gəncalı oğlu
1974-cü il, fevralın 27-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii yaradıcılıq” fakultəsinə daxil olub, 1998-ci ildə oranı bitirib.
1991-1994-cü illərdə İsmayıllı rayon Mədəniyyət evində fəaliyyət göstərən “Xalq teatrı” nda çalışıb. 1995-ci ildə “YUĞ” Dövlət teatrında “İşıq rəssamı” vəzifəsinə qəbul olub, həmin ildən teatrda hazırlanan müxtəlif tamaşalarda aktyor kimi fəaliyyətə başlayıb. 1998-1999-cu illərdə “Rejissor asistenti”, 1999-cu ildən bu günə qədər aktyor vəzifəsində çalışır.
Teatrda fəaliyyətə başladığı (1995) ildən bu günə qədər (2017) oynadığı tamaşalar:
“Yasaq” Əbülqsim Firdovsi. Rejissor Əbdül Qəyyum Muxtar. Rol: Ərmayıl.
“Solğun çiçəklər” Cəfər Cabbarlı. Rejissor Vaqif İbrahimoğlu. Rol: Mirzə.
“Finiş” Qasım Nağı. Rejissor Vaqif İbrahimoğlu. Rol: Kiçik oğul.
“Meqapolis” C.Məmmədquluzadənin “Lal” hekayəsi əsasında. Rejissor Pünhan Həsənli. Rol: Məmur, Tacir, Lal.
“Otello” V.Şekspir. Rejissor Vaqif İbrahimoğlu. Rol: Yaho.
“Antoni və Kleopatra” V.Şekspir. Rejissor Pünhan Həsənli. Rol: Antoni.
“Dəvə yağışı” Kamal Abdulla. Rejissor Vaqif İbrahimoğlu. Rol: Baba.
“Midasın qulaqları” Güngör Dilmen. Rejissor Olcay Poyraz Bertran (Türkiyə). Rol: Saqqallı.
“Ya Rəbb” Məhəmməd Füzuli. Rejissor Mir Sahib. Rol: Yolçu.
“İlan dərisi” S.Şnayder. Rejissor S.David (Gürcüstan). Rol: Həsən.
“Tabu” X.L.Borxes. Rejissor Ruslan Şöhrətoğlu. Rol: Böyük qardaş.
“Sərhəddə” S.Mrojek. Rejissor L.Tomaş (Polşa). Rol: Mən.
“Eşq” Mövlanənin rəvayətləri əsasında. Rejissor Aytən Məmmədova. Rol: Şəms.
“Fəna” Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında. Rejissor Mir Sahib. Rol: Kişi.
1995-ci ildə Vaqif İbrahimoğlunun “Qurama”, 2002-ci ildə Pünhan Həsənlinin “Hədiyyəsizcizginmə”, 2005-ci ildə Həsən Nəcəfinin “Arzular” filmlərində çəkilmişdir.
2007-2010-cu illər ərzində ATV-Azad Azərbaycan teleradio şirkətində dublyaj redaksiyasının rejissor vəzifəsində çalışıb.
Teatr Xadimlər İttifaqının üzvüdür.
2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Fəxri Mədəniyyət İşçisi” adı ilə təltif olunub.
2015-ci ildə “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay Milli mükafatı” Akademiyası tərəfindən “HUMAY” mükafatı ilə təltif olunmuşdur.
2015-ci ildən AMEA Folklor İnstitutunun Folklor Studiyasında rejissor vəzifəsində çalışır. |