Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
06.11.2020

Hərəmiz bir əsgərik!

Dünyaya gəldiyim vaxt elə bir zamana, dövrə təsadüf etmişdi ki, 28 il həsrətində olduğumuz torpaqlar erməni cəlladları tərəfindən artıq yavaş-yavaş işğal olunmağa başlanılmışdı. Hələ həyatdan çox xəbərsiz idim, taa ki, 1998-ci ildə məktəbə gedənə qədər. Mən məktəbdə hərfləri, yazmağı və oxumağı öyrənməklə bərabər işğal olunmuş torpaqlarımız haqqında da öyrənirdim. Hər gün müəllimlərimiz bizə dərslərdən bir neçə dəqiqə ayıraraq işğal olunmuş torpaqlar haqqında məlumatlar verirdi və bizə nələri itirdiyimizi öyrədirdilər. Vətənə aid şeirlərə, matəm günlərində səhnəciklərlə çıxış edərək sanki həmin hadisələri özüm yaşamış kimi hiss edirdim.
Əslən Qarabağlı olmasam da həyatı dərk edəndən özümü qarabağlı hiss etdim. O vaxtdan bu günə qədər qəlbimdə heç cür rahatlıq tapa bilmədiyim və hər dəfə adı çəkiləndə göz yaşlarımı saxlaya bilmədiyim bir ərazi vardı. Həmin ərazinin 1991-ci ildə əsası qoyulmuş Xocalı şəhəri idi. Xocalıda insanların başlarına gətirilən zülmlər, vəhşiliklər, 8 ailənin tamamilə məhv olması, 63 uşaq, 25 uşaq hər iki valideynini itirməsi, ümumilikdə 613 nəfərin həlak olması boğazımda düyüm olaraq qalır. Hələ işgəncələrə məruz qalaraq həlak olan əhalini nəzərə alsaq insanın qanı donur sanki. Bütün bunların bir adı vardı – Xocalı soyqırımı! Bəşəriyyət üçün Xocalı soyqırımı qara ləkədir.
Düzdür, 1992-ci ildə sosial şəbəkə olmadığı üçün səsimizi duyura bilmədik. O hadisələrdən sonra dünyanın aparıcı ölkələrində Qarabağ haqqında məlumatlar verildi, qətnamələr qəbul edildi amma bütün danışıqların, sənədlərin hər biri elə masada qaldı. İllər boyunca hər dəfə vədlər verərək ermənilərin torpaqlarımızda törətdiyi cinayətləri görməzdən gəldi dünya birliyi. Sanki lal, kar və kor olmuşdular. 28 il atəşkəs adı altında cəbhədə yerləşən kəndlərin sakinlərinin nələr çəkdiyini bir özümüz bildik, bir də Allah. Hər dəfə başqa ölkələrə səfər etdikcə istər turist kimi, istərsə də elm adamı kimi beynəlxalq konfranslara qatılarkən belə mövzu Qarabağdan açılınca bir vətəndaş olaraq heç vaxt susmamışam. Haqqı orada olanlara orada yaşayan vətəndaşlara çatdırmaq olub.
27 sentyabr 2020-ci il tarixində düşmən yenidən səhər saatlarında atəşkəsi kobudcasına pozdu. Amma bu dəfə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 (822, 853, 874 və 884 saylı) qətnamələri Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə qüdrətli və şanlı ordumuz icra etməyə başladı. Müharibənin başlanmasından 40 günə yaxın vaxt keçməsinə baxmayaraq bu müddət ərzində 4 şəhər (Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı), 3 qəsəbə, 162 kənd və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliklər işğaldan azad olunmuşdur. 28 il səssiz qalan dünya birliyi sükutunu pozmağa başladı. Artıq zaman o zaman deyil bu gün qarşılarında “Güclü Azərbaycan “ var. O Azərbaycan ki, xalq olaraq bir yumruq şəklində öz Prezidentinin ətrafında toplanaraq öz ordusu ilə tarixi torpaqlarını işğaldan azad edir.
Bu gün ön cəbhədə vuruşan zabit və əsgərlərimiz yerində ola bilməsəkdə biz gənclər cəbhədə döyüşə bilməsək də “Hər birimiz bir əsgərik” şüarı ilə arxa cəbhədə sosial şəbəkə vasitəsilə hər gün haqq səsimizi dünyaya çatdırmağa nail oluruq. Biz İnformasiya müharibəmizi Facebook, İnstagram və Twitter sosial şəbəkələrində həştaglarla, məlumat xarakterli mətnlərlə əsasən 3 dildə - azərbaycan , rus və ingilis dillərində aparırıq. Arxa cəhbənin əsgərləri olaraq Gəncədə və Bərdədə mülki insanlara qarşı edilən terroru bütün reallıqlar ilə dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Bütün bunları etmək bizim hər birimizin borcudur.Axı bu da bizim cəbhədir və hər birimiz bu cəbhənin əsgərləriyik.
AMEA Folklor İnstitutunun gənc əməkdaşı olaraq Vətənimin istər ön, istərsə də arxa cəbhəsində hər bir qarışı üçün canımı fəda etməyə hər an hazıram. Vətənpərvərlik duyğusu körpə ikən evdə valideynlər tərəfindən aşılanır, məktəbə gedərkən daha da təkmilləşir, müstəqil vətəndaş olaraq isə hər bir yerdə özünü göstərir.
Allah rəşadətli və müzəffər ordumuzu qorusun.Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Nigar İmaməliyeva
Folklor İnstitutunun
“Folklor və Yazılı Ədəbiyyat” şöbəsinin əməkdaşı

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.