Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.11.2016

Qusarda “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib

   19 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA Folklor İnstitutu, Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusarda “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib. Qonaqların rayon İcra Hakimiyyətində qarşılanmasından sonra Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

   Elmi-praktik konfransı giriş sözüylə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açıb, konfrans iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycanda multikulturalizm ili: görülmüş işlər və qarşıda duran vəzifələrə baxış” adlı giriş nitqində multikulturalizm sahəsində Azərbaycanda görülmüş işlərdən danışıb. O, ölkədə Bilik Evlərinin artıq ənənə halını aldığını, belə bir Evin Qusarda da açılmasının gərəkliyini bildirib.

   AMEA-nın müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru, prof. Muxtar Kazımoğlu-İmanov “Folklorda milli-mədəni müxtəliflik və ortaq mənəvi dəyərlər” mövzusunda məruzə edib, multikulturalizmin məhz şifahi xalq yaradıcılığında geniş şəkildə təcəssüm tapdığını vurğulayıb. Bildirib ki, 2016-cı ildə Qusarın həm də Azərbaycanın folklor paytaxtı seçilməsi bölgədə milli-mənəvi dəyərlərimizin, eləcə də multikultiralizmin zəngin olduğunu sübut edir.

   N.Tusi adına ADPU-nun rektoru, prof. Cəfər Cəfərov “Multikultiralizm və təhsil” mövzusundakı məruzəsində multikultural dəyərlərin gənc nəslə aşılanmasında təhsilin rolundan danışıb.

   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri prof. İsaxan Vəliyev “Azərbaycan folkloru nümunələri hüquqi müstəvidə” mövzusunda çıxış edib, folklor nümunələrinin qorunmasında hüquqi təminatın vacibliyindən danışıb.

   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xalq yaradıcılığı və qeyri-maddi irs sektorunun aparıcı məsləhətçisi Elgün Əliyev “Xalq yaradıcılığında multikulturalizm Azərbaycan Respublikasında Dövlət Mədəni Siyasətinin mühüm tərkib hissəsi kimi” mövzusunda məruzə edib. O, bildirib ki, multikulturalizm Azərbaycanda artıq insanlarımızın həyat tərzinə çevrilib, bu da dövlət siyasətinin aparıcı sahələrindən biri kimi hazırda mühüm əhəmiyyət kəsb edir.

   Konfransın sonunda AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu-İmanov institutun yeni nəşrlərini Qusar rayon İcra Hakimiyyətinin rəhbərliyinə hədiyyə edib.

   Məruzələr ətrafında çıxışlar, sual-cavablar olub. Tədbirdən sonra Qusar şəhərində aparılan abadlıq işləri ilə tanışlıq, rayon tarix-diyarşünaslıq muzeyinə gəzinti olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.