Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
1.2.2016

"XX əsr Qazax aşıq mühiti" kitabı təqdim edilib

    Yanvarın 26-da Azərbaycan Atatürk Mərkəzində filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" kitabının tədqimat mərasimi keçirilib. Tədbirin aparıcısı, filologiya üzrə elmlər doktoru Rüstəm Kamal giriş sözü ilə çıxış edib və bildirib ki, bu gün biz milli şeirin janrlarını, havacatlarımızı hazırkı dövrümüzədək qoruyub çatdıran aşıq sənətinin, o cümlədən özünün milli-mədəni sisteminə malik olan Qazax ədəbi mühitinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın kitabı Qazax aşıq mühitinin tədqiqi sahəsində ilkin təşəbbüs kimi alqışa layiqdir.

    R.Kamal müəllifin AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanovun qayğısı sayəsində eyni mövzuda namizədlik dissertasiyası müdafiə etməsi barədə də açıqlama verdikdən sonra sözü Muxtar müəllimə verib.

    Muxtar Kazımoğlu – İmanov çıxışında kitabın elmi məziyyətləri haqda geniş və əhatəli şəkildə danışaraq qeyd edib ki, müəllif burada aşıq sənəti ilə bağlı ciddi problemlərə toxunub, təkcə Qazax aşıq mühiti öyrənilməyib, habelə bu mühitin digər regionlarla sənət əlaqələri məsələlərinə də yeri gəldikcə münasibət bildirib. “Həmçinin monoqrafiyada aşıq mühitinin fərqli regional xüsusiyyətləri göstərilib. Bəzən aşıq sənətini şifahi yox, yazılı ədəbiyyat hadisəsi hesab edirlər. Bütün bu kimi məsələlərə İlhamə xanımın kitabında açıqlama gətirilib. Kitabda müəllifin türkdilli gürcü aşıqlarının yaradıcılığına, professor Valeh Hacıların tədqiqatları sayəsində gürcü folkloruna da yer ayırması diqqətəlayiqdir. “Ustad-şəyird” münasibətlərinə də ayrıca yer ayıran tədqiqatçının fədakar əməyi göz önündədir və gələcəkdə ona bu sahədə yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

    Etnoqraf, tarix üzrə elmlər doktoru Güllü Yoloğlu çıxışında bildirib ki, İ.Qəsəbovanın əməyi təqdirəlayiqdir: “Həyatda olmayan aşıqların yaradıcılıq irsini öyrənmək, onların əsərlərini toplamaq özü ayrıca bir hünər tələb edir. Bu mənada aşıq sənəti ilə məşğul olmaq və bu irsi bir estafet olaraq gələcək nəsillərə ötürmək şərəfli bir missiyadır. Bu missiyanın öhdəsindən layiqincə gəldiyinə görə ona təşəkkür edirəm”.

    Filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli kitabın böyük zəhmət bahasına başa gəldiyindən danışıb, İ.Qəsəbovanı belə çətin işin öhdəsindən gəldiyinə görə təbrik edərək, bu yöndə tədqiqatlarını genişləndirəcəyinə ümidvar olduğunu bildirib.

    Xalq artisti, şair Tariyel Qasımov, şair-tərcüməçi İbrahim İlyaslı, el şairi Qazaxlı Rüstəm, poliqrafçı, mətbəə direktoru Süleyman Mustafayev, Aşıq Solmaz Kosayeva, Aşıq Avdı Musayev, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, elmi işçi Elçin Qaliboğlu, rəssam Qafar Sarıvəlli, şairlərdən Rəfael İncəyurd, Cığatel İsaqızı, Zaməddin Ziyadoğlu, Asif Ozan, Aidə Şirinova, BDU-nun tələbəsi Sevinc Hacıyeva və başqaları çıxışlarında İlhamə Qəsəbovanın Qazax aşıq mühitinə həsr etdiyi əsərin elmi- mənəvi məziyyətlərindən bəhs ediblər, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

    Sonda çıxış edən İlhamə Qəsəbova iştirakçılara təşəkkür edib, gələcəkdə də bu istiqamətdə yaradıcılığını davam etdirəcəyinə söz verib.

    Bildirək ki, kitab AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə 2015-ci ildə "Elm və təhsil" nəşriyyatında çap edilib. Elmi redaktoru filologiya üzrə elmlər doktoru Cəlal Bəydili – Məmmədovdur.

Mətbuat xidməti

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.