Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.06.2023

“Alim ömrü” kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin böyük elmi işçisi Sahibə Sədnikqızının tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlıya həsr olunmuş “Alim ömrü” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə fil.e.d., professor Seyfəddin Rzasoy redaktoru olduğu sözügedən kitab haqqında məlumat verib. O qeyd edib ki, çoxsaylı kitabların müəllifi olan Sədnik Paşa Pirsultanlı milli folklorumuzun toplanması, tədqiqi və təbliği sahəsində əvəzolunmaz xidmətlər göstərərək Azərbaycan folklorşünaslıq elminin inkişafına böyük töhfələr verib. Alim, həmçinin Nizami Gəncəvi, Aşıq Şəmşir və Xəstə Qasım yaradıcılığının tədqiqatçısı kimi tanınıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, prof. Qəzənfər Paşayev, prof. Maarifə Hacıyeva, prof. Firuzə Ağayeva, fil.e.d., dosent Leyla Məmmədova, fil.e.d. İslam Sadıq, AMEA Folklor İnstitutunun icraçı direktoru, fil.ü.f.d., dos. Afaq Ramazanova, filologiya üzrə fəlsəfə doktorları Qalib Sayılov, Şakir Albalıyev, Mətanət Yaqubqızı, Atif İslamzadə, İlhamə Qəsəbova, Elçin Qaliboğlu, Tacir Qurbanov, Tahir Orucov, Aytən Əliyeva, tədqiqatçı Əli Şamil və şair Tahir Şirvanlı çıxış edərək yeni çap olunan kitab haqqında fikirlərini bölüşüblər.

Sonda çıxış edən müəllif kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib. Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatında işıq üzü görən 328 səhifəlik “Alim ömrü” kitabının redaktoru fil.e.d., professor Seyfəddin Rzasoy, rəyçiləri isə fil.ü.f.d., Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, fil.ü.f.d., dosent Atif İslamzadə və fil.ü.f.d., dosent Şakir Albalıyevdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.