Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
22.06.2023

Folklor İnstitutunun Elmi şurasında 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat dinlənilib

22 iyun 2023-cü il tarixində AMEA Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin üzvü, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadə də iştirak edib. İclası giriş sözü ilə açan institutun baş direktoru akademik Muxtar İmanov gündəlikdəki əsas məsələnin Folklor İnstitutunun 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat olduğunu bildirib. Akademik vurğulayıb ki, 2023-cü ildə AMEA Folklor İnstitutu bir neçə istiqamətdə fəaliyyət göstərərək, qeyri-maddi mədəni irsin toplanması, nəşri və tədqiqi, eləcə də elmi təşkilatçılıq, beynəlxalq əlaqələrin genişləndirilməsi və s. sahələrdə uğurlar əldə edib.

Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov elmi müəssisənin 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi-tədqiqat planları, xarici əlaqələr, elmi tədbirlər, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak, AMEA-nın müvafiq qərar və sərəncamlarının icrası, elektron elmin vəziyyəti, kadr hazırlığı, sosial fəaliyyət, nəşrlər, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib. Qeyd olunub ki, cari ilin I yarısında institutun təşkilatçılığı ilə beş elmi konfrans keçirilib. Özbəkistan və Qazaxıstanın elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub. İnstitutun dörd əməkdaşı fəlsəfə doktoru, iki əməkdaşı elmlər doktoru elmi dərəcəsinə layiq görülüb, bir nəfərə isə professor elmi adı verilib.

Hesabat dinlənildikdən sonra Şura üzvlərindən institutun Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Xəlil, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d., dos. Leyla Məmmədova və Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri adından şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d. Qiymət Məhərrəmli çıxış edərək cari ilin I yarısı üzrə olan hesabatı qənaətbəxş hesab edib, təmsil etdikləri şöbələrin fəaliyyət istiqamətləri, görüləcək işlər barədə məlumat veriblər.

Daha sonra iclasda müşahidəçi qismində iştirak edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Folklor İnstitutunun 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib. O, institutun bölgələrimizin folklorunu toplayaraq çoxcildlik toplu şəklində nəşr etdirməsini böyük nailiyyət hesab  edib. İnstitutun baş direktoru, akademik Muxtar İmanov cari ilin növbəti yarımilində də Folklor İnstitutu kollektivinin qarşıya qoyulan məsələlərin həllində inamla çalışacağına əminliyini bildirib. İnstitutun 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı qənaətbəxş sayılaraq yekdilliklə qəbul olunub.

Sonda AMEA Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadəyə institutun  nəşrləri, audio-disklər hədiyyə olunub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.