Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
09.06.2023

“Edigey haqqında Qızıl Orda dastanı” kitabının təqdimatı keçirilib

Bakı Avrasiya Universitetində AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Edigey haqqında Qızıl Orda dastanı” adlı kitabının təqdimatı keçirilib. Filologiya elmləri doktoru Elmira Kekeçin aparıcılığı ilə keçirilən tədbirdə kitabın redaktoru fil.e.d., prof. Əfzələddin Əsgər, fil.e.d., prof. Seyfəddin Rzasoy, fil.ü.f.d., dos. Seyfəddin Altaylı, tədqiqatçı Əli Şamil, fil.ü.f.d. Əfsanə Nağıyeva, fil.ü.f.d. İlhamə Şıxıyeva, fil.ü.f.d., dos. Nailə Əsgər, fil.ü.f.d. Elnarə Əmirli və Natella Quliyeva çıxış edərək müəllifə kitabla bağlı təəssüratlarını və xoş sözlərini ünvanlayıblar. Daha sonra müəllif kitabın ərsəyə gəlməsindən bəhs edərək qeyd edib ki, AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxan kitabda dastanın qırx yeddi variantı oxuculara təqdim edilib. Müəllif vurğulayıb ki, kitabda dastanın dörd variantı – noqay, Kazan-tatar, teleut və Rumıniyada yaşayan türklər arasından toplanmış variantı tam şəkildə orijinaldan tərcümə edilib. Qırx üç variantın isə qısa məzmunu verilib. Dastanın söyləyicilərinə və tədqiqatçılarına da ayrıca bölmədə yer ayrılıb. Burada müxtəlif türk xalqlarında dastan söyləyən yıravlar və onların elm aləmində tanınmasında əvəzsiz xidmətləri olan tədqiqatçılar haqqında qısa məlumat verilib. Kitabın sonunda zəngin lüğət, geniş izahlar və şərhlər təqdim olunub.
Mətnlərin hər birinin ətək yazılarında variantlar haqqında qısa annotasiya verilib, mətnlərin hansı mənbələrdən götürüldüyünü göstərməklə yanaşı, eyni zamanda həmin mətn haqqında qısa arayış da təqdim olunub. Qumru Şəhriyar kitabın işıq üzü görməsində göstərdiyi mənəvi dəstəyə görə AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanova və filoloji tərcümənin prinsiplərinə söykənərək verdiyi tövsiyələrə və etdiyi çoxsaylı düzəlişlərə görə kitabın redaktoru professor Əfzələddin Əsgərə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib. Tədbirin sonunda müəllifin “Edigey dastanı” ilə bağlı hazırladığı videoklip nümayiş olunub.

 

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.