Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.05.2023

Qazaxıstanlı alimlər Folklor İnstitutunda olublar

30 may 2023-cü il tarixində Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Jumaşay Rakış və elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Nazira Sarsek AMEA Folklor İnstitutunda qonaq olublar. İnstitutun baş direktoru, akademik Muxtar İmanov qonaqları səmimi qarşılayaraq, müəssisədə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Folklor İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri də ayrı-ayrı türk xalqlarının folklorunun öyrənilməsidir və bu istiqamətdə Türk xalqları folkloru şöbəsi fəaliyyət göstərir. Akademik rəhbərlik etdiyi institutun Orta Asiya respublikaları və Qazaxıstanın elm və təhsil müəssisələri ilə əlaqələrindən də bəhs edib.
Qonaqlar Folklor İnstituta gəlişlərinin “Qazax postfolkloru: genezis, semantika və transformasiya” adlı layihə çərçivəsində gerçəkləşdiyini bildiriblər. Sözügedən layihənin rəhbəri Jumaşay Rakış təmsil etdikləri institut barədə bilgi verərək, Azərbaycandakı elmi qurumlarla,  eləcə də Folklor İnstitutu ilə tanışlığın və qarşılıqlı əlaqələrin qurulmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev də iştirak ediblər.

Görüşdən sonra qonaqlar institutun Müasir folklor şöbəsində də olub, şöbənin fəaliyyət prinsipi və gördüyü işlərlə tanışlıq imkanı əldə ediblər.

 

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.