Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
15.02.2023
Folklor İnstitutunun əməkdaşları “Humanitar elmdə Azərbaycan qadını” mövzusunda seminarda iştirak ediblər

15 fevral 2023-cü il tarixində AMEA Folklor İnstitutunun əməkdaşları – Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova və Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova AMEA Nəsimi adına Dilçilik İnstitutu və  Folklor İnstitutunun Qadınlar Şuralarının birgə təşkilatçılığı ilə “Humanitar elmdə Azərbaycan qadını” mövzusunda ictimai-elmi seminarda iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli qadınların cəmiyyətdə rolunu qeyd edib, onların Azərbaycan elmindəki uğurlarından söz açıb. Sonra Dilçilik İnstitutunun Qadınlar Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli-Qəribova 11 fevral – “Qadınlar və qızlar elmdə” Beynəlxalq günü haqqında məlumat verib. Daha sonra “Qarabağın qadın şairləri”, “Azərbaycan maarifçi qadınları”, “İlkə imza atmış Azərbaycanlı qadınlar”, “İlk qadın dilçi alimlər” mövzularında məruzələr dinlənilib. Tədbirdə Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d.,dos. Leyla Məmmədova “Qarabağın qadın şairləri” mövzusunda məruzə edərək, Qarabağda dünyaya göz açan, bu torpağın yetirməsi olan məşhur qadın şairlər Aşıq Pəri, Ağabəyim ağa, Xurşidbanu Natəvan və Fatma xanım Kəminənin poetik irsi, onların ədəbi-ictimai fəaliyyəti haqqında danışıb.

Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. İlhamə Qəsəbova isə “İlkə imza atmış Azərbaycanlı qadınlar” adlı məruzəsində Tamara Əliyeva, Məsumə Məlikova, Dünya Ağalarova, Zərifə Əliyeva, Aida İmanquliyeva, Adilə Namazova və başqa qadın alimlərimizin müxtəlif elm sahələrində ilkə imza ataraq göstərdikləri xidmətlərdən, əldə etdikləri uğurlardan bəhs edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.