Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
16.02.2023
AMEA FOLKLOR İNSTİTUTU
HEYDƏR ƏLİYEV VƏ XALQ MƏDƏNİYYƏTİ
mövzusunda Respublika Elmi Konfransı Bakı şəhəri, 16 may 2023-cü il)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin tamam olması münasibətilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev bütün fəaliyyəti ərzində dövlətin inkişafı, xalqın rifahı yollarını düşünmüş və uzaqgörənliyi, idarəçilik bacarığı sayəsində buna nail olmuşdur. Sərəncamda da qeyd edildiyi kimi, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Unudulmaz lider illər keçsə də, Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətləri ilə xatırlanacaqdır.
Ulu Öndərin zəngin və çoxşaxəli irsi müxtəlif tərəflərdən araşdırıla bilər. Belə ki, onun elm, təhsil, mədəniyyət sahəsindəki inkişaf naminə verdiyi qərarlar, həyata keçirdiyi islahatlar, bu sahədəki irəliləyişə xidmət etmişdir. Məlum olduğu kimi, Ulu Öndər 1997-ci ildə Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini vurğulamış, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdi. Heydər Əliyevin 15 may 2001-ci il tarixində imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” Fərmanla Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” kimi yüksək ali dövlət elmi-təşkilati statusu verilmişdir.
Ümummilli Lider Heydər Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə diqqət və qayğısı hər zaman göz qabağında olmuşdur. O, təkcə yazıçı və şairlərimizin, musiqiçilərimizin, heykəltaraşlarımızın deyil, eyni zamanda folklor abidələrimizin, böyük aşıqlarımızın yubileylərinin qeyd edilməsinə önəm vermişdir. Bütün bunlar unudulmaz dövlət rəhbərinin hər sahədə olduğu kimi, elm, təhsil, mədəniyyət sahəsində də mühüm addımlar atdığını bir daha təsdiqləyir. Məhz buna görə də onun gələcək nəsillər üçün örnək təşkil edən zəngin irsinə tədqiqatçılar tərəfindən dönə-dönə müraciət edilir. Bütün bunları nəzərə alan AMEA Folklor İnstitutu Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda Respublika Elmi konfransı təşkil etməyi nəzərdə tutmuşdur. Arzu edənləri elmi məruzələrlə bu konfransda iştirak etməyə dəvət edirik.

Məruzələr iki istiqamətdə nəzərdə tutulmuşdur:

  1. Heydər Əliyevin elm, xalq mədəniyyəti sahəsindəki fəaliyyətini əks etdirən məruzələr.
  2. Heydər Əliyevin irəli sürdüyü tezislər, tövsiyələr, müdrik kəlamlar əsasında folklorun ayrı-ayrı məsələləri ilə bağlı məruzələr.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədr:
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun baş direktoru

Elmi heyət (əlifba sırası ilə):
Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Əziz Ələkbərli – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

Katiblik:
Gülnar Osmanova – fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər məruzələrinin tam mətnini 01 aprel 2023-cü il tarixinədək [email protected]  elektron poçt ünvanına göndərə bilərlər. Bu tarixdən sonra göndərilən məruzələr nəzərə alınmayacaqdır.
• Tam mətnlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 20 aprel 2023-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 16 may 2023-cü il tarixində Bakı şəhərində gerçəkləşdiriləcəkdir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  İlk olaraq məruzənin adı, ardınca Azərbaycan və ingilis dillərində özətlər (150-200 sözdən ibarət olmalıdır), daha sonra tam mətn və sonda istifadə edilmiş ədəbiyyat siyahısı verilməlidir.
•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. 
• Məruzə başlığı 12 şrift ölçüdə yağlı, özətlər 11 şrift, tam mətn 12 şrift ölçüdə, interval 1,5.

____________________
• Məqalələr kitabda nəşr ediləcəkdir. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaqdır.
• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 
•  Hər bir məruzəçi üçün maksimum 10 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 
• Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.  
• Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.